Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-220/2025 25.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Borclunun nümayəndəsi (atası) X2 iştirakı ilə, Tələbkar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)- 1551/2024 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Borclu onun xeyrinə 15 iyun 2013cü il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin indeksləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Borclu ilə 03 oktyabr 2000-cı ildə nikah münasibətinə daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü X7, 06 avqust 2005-ci il təvəllüdlü X8 və 15 iyun 2013-cü il təvəllüdlü X9 doğulmuşlar. Nikahları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(010)-1440/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-2206/2024 saylı qətnaməsi ilə 15 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çalanadək saxlanılması üçün cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə tutulan aliment miqdarı artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilmişdir. Özü müəllimə işləyir, hər ay 600 (altı yüz) manat əmək haqqı alır. 3 övladının təlimtərbiyəsi ilə məşğul olmaq, onların yemək-içməyinə pul xərcləmək, onların sağlamlıqlarının qayğısına qalmaq vəzifəsi öz üzərindədir. xx.xx.2013-cü il təvəllüdlü X5 görə 235 manat miqdarında aliment uşağın saxlanması və digər xərcləri üçün kifayət etmədiyindən, alimentin miqdarının artırılaraq 300 (üç yüz) manat olması məqsədəuyğun hesab edir. Hazırda o, cəmi 235 (iki yüz otuz beş) manat alimentin çox az olduğunu, oğlu İdrisin 6-c sinif şagirdi olduğunu, uç övladının öz himayəsində yaşadıqlarını nəzərə alaraq, uşağın madd cəhətdən tamamilə ondan asılı olduqlarını (yemək, geyim xərcləri, hazırlıq pulu və s.) nəzərə alaraq cavabdeh Borclu hər ay xx.xx.2013-cii il təvəllüdlü X5 görə 300 manat alimentin onun xeyrimə tutulmasını tələb edir. Hazırda Respublikada minimum əmək haqqı 400 (dörd yüz) manat müəyyən olunub. Hesab edir ki, minimüm əmək haqqın münasibətdə Borclu ödədiyi aliment məbləği çox aşağıdır. Buna görə də ərizəsinin nəzərə alınaraq, Borclu onun xeyrinə 15 iyun 2013-cü il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin indeksləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən borclunun nümayəndəsi (atası) X7 izahatında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ərizəyə baxılması üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tələbkar məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə ərizəyə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə borclunun nümayəndəsi (atası) X2 izahatını dinləyib, təqdim edilmiş ərizəni və iş materialarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)-2206/2024 saylı (hakim T.Məmmədov) qətnaməsindən görünür ki, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3288/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə 15 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu iddiar X4 xeyrinə tutulan aliment miqdarı artılıraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilmiş, artırılmış aliment miqdar qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablanması, iş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdeh Borclu tutularaq iddiaçı X6 ödənilməsi, iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdeh Borclu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında (xx.xx.2024-cü il tarixli qərarla edilmiş dəyişikliklərdən sonra) qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əməkhaqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Ali Məhkəmə Plenumunun əlaqəli qərarında, həmçinin qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə 2024-cü ildə qəbul edildiyindən və həmin il ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı 345 manat məbləğində təşkil etdiyindən qətnamə üzrə tutulan 235 manat sabit pul məbləğində aliment ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.68 (235/345) misli həddində indeksasiya olunmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qərardadla indeksasiya olunmuş alimentin tutulmasının əvvəli müvafiq ərizənin məhkəmənin icraatına daxil olduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası. 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)- 1551/2024 saylı qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.68 misli həddində indeksasiya edilməli, xx.xx.2025-ci il tarixindən hesablanmaqla, 15 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(010)-1551/2024 saylı qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində indeksasiya edilsin. xx.xx.2025-ci il tarixindən hesablanmaqla, 15 iyun 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №8(010)-220/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-220/2025
25.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver