Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-231/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, Borclu (ərizəçi) Bağırov Gülağa Bağır oğlunun, Tələbkar iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 2(103)-4159/2023 saylı icra sənədinə əsasən iş üzrə borclu (ərizəçi) Bağırov Gülağa Bağır oğlunun icranın dayandırılması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (tələbkar) Bağırov Gülağa Bağır oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4159/2023-014 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının müvəqqəti dayandırılmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4159/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsinin icrası qaydasında, tərəfindən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə təqdim edilmiş ərizəsi ilə, qeyd olunan məhkəmədə 8(010)-194/2025 nömrəli işlə ərizə verən şəxs qismində qeydiyyata alınmışdır. Eyni zamanda (cavabdeh şəxslər: Bakı şəhəri 34-saylı Dövlət Notariat Kontoru və Tələbkar Fəraməz oğluna qarşı) İddiaçı qismində Bakı İnzibati Məhkəməsində Bakı şəhəri 34saylı Dövlət Notariat Kontorunda Tələbkar Fəraməz oğlu ilə olan xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş AN-İ NO ******* (Reeyestrdə 4Ə/1-86 NO ilə qeyd edilib) Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair 2-1(112)-7640/2025 iş üzrə (Sədrlik edən hakim: Behlul Calalov) icraata alınmışdır və qeyd olunmuş iş üzrə xx.xx.2025-ci tarixdə saat 17:25-də məhkəmə iclası təyin edilmişdir. Qeyd olunanlara dair tərəfindən Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinə tərəfindən rəsmi ərizə ilə məlumat verilsə də, lakin qeyd olunan icra şöbəsinin icra məmurları olan şəxs Adil Yusibov ********** və özünü İcra məmuru kim təqdim edən Rövşən adlı şəxs ********** mobil nömrəsindən kobud şəkildə danışaraq ondan qeyri əsaslarla icrə tələbləri irəli sürməklə evini boşaltmağını tələb edir (Rövşən adlı şəxsin adına heç bir icra sənədində rast gəlməmişdir) Məlumat üçün bildirilir ki, o, qanunla müəyyən edilmiş qaydada hüquq və azadlıqlarının qorunmasını istəyir və bu səbəblərlə də qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyatı üzrə qeyd olunan məhkəmə orqanlarına müraciətləri onun tərəfindən ünvanlanmışdır. O, qanunla müəyyən edilmiş qaydada aidiyyatı üzrə Məhkəmənin qanuni yekun qərarı çıxarıldıqda təbiidir ki, icra sənədinin konüllü olaraq icrasını təmin edəcəkdir. Onun faktiki olaraq işin mahiyyəti üzrə məhkəmə orqanlarında hüquqlarının qorunması və müdafiəsi üçün nəzərdə tutulan Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquq və azadlıqlarından müstəqil şəkildə yararlanmaq hüquqları vardır. Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinin Adil Yusibov və Rövşən adlı icra məmurlarının (əməkdaşlarının) heç bir halda özünə və hüquqlarına qarşı hörmətsizlik etmək kimi haqları və ya səlahiyyətləri yoxdur. Məhkəmə iclasında borclu (ərizəçi) Bağırov Gülağa Bağır oğlu ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmurunun gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının “iddiaçı Tələbkar cavabdehlər Bağırov Gülağa Bağır oğluna, X2, X4, X3 qarşı iş üzrə” xx.xx.2024-cü il tarixli Qərarı ilə, cavabdeh Bağırov Gülağa Bağır oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3662/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3662/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 2(010)-4159/2023 saylı icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş, cavabdehlər Bağırov Gülağa Bağır oğlu, X5, X6 və X1 iddiaçı Tələbkar məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlinski küçəsində yerləşən, ümumi sahəsi 147,3 kv.m olan, 35 saylı fərdi yaşayış evindən özlərinə məxsus əşya və əmlakları ilə birlikdə çıxarılması və fərdi yaşayış evinin boşaldılması, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlinski küçəsində yerləşən, ümumi sahəsi 147,3 kv.m olan, 35 saylı fərdi yaşayış evi iddiaçı Tələbkar təhvil verilməsi, iddiaçı Tələbkar Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlinski küçəsində yerləşən, ümumi sahəsi 147,3 kv.m olan, 35 saylı fərdi yaşayış evinə köçürülməsi və s. qət edilmişdir. İddiaçı Bağırov Gülağa Bağır oğlunun cavabdehlər 34-saylı Dövlət Notariat Kontoru və Tələbkar Fəraməz oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(010)- 2258/2025 saylı mülki iş Suraxanı rayon Məhkəməsinin icraatındadır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16(010)-77/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, 2(010)-2258/2025 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ünvan 1 ünvanında yerləşən 35 nömrəli fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.3.-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), ..... məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. .... İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəllənin 231.4.-cü maddəsinə əsasən, qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; borclu fəaliyyət qabiliyyətini itirdikdə; borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; tələbkarın müvafiq xahişi olduqda. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər: borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Qeyd edildiyi kimi, Bağırov Gülağa Bağır oğlunun cavabdehlər 34-saylı Dövlət Notariat Kontoru və Tələbkar Fəraməz oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş məhkəmənin icraatındadır. Həmçinin, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 16(010)-77/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçi Bağırov Gülağa Bağır oğlu tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə icra vərəqəsinin icrasının təxirə salınmaqla dayandırılması hissəsində təmin edilməmişdir. Yuxarıda göstərilmiş qanunvericiliyin tələblərinə əsasən, icra sənədi üzrə icraat qanunvericiliydə nəzərdə tutulan bir sıra hallarda, o cümlədən, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, məcburi olaraq dayandırılır. Lakin icra sənədi üzrə icraatın dayandırılması icra məmurunun səlahiyyətinə daxildir. Bundan başqa, icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallar mövcud olduqda, icraat dayandırıla bilər, lakin bu yalnız icra məmurunun təqdimatına əsasən mümkündür. Hazırki mübahisədə icra məmuru tərəfindən icraatın dayandırılması ilə bağlı təqdimat verilməmişdir. Həmçinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsində göstərilmiş icra sənədi üzrə icraatın dayandırıla biləcəyi hallar mövcud deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli 2(103)-4159/2023 saylı icra sənədinə əsasən iş üzrə borclu (ərizəçi) Bağırov Gülağa Bağır oğlunun icranın dayandırılması barədə ərizəsi təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №8(010)-231/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-231/2025
17.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver