Məhkəmə qərarları › İş №8(010)-234/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-234/2025

06.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-234/2025 06.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Borclu iştirakı ilə Tələbkar alimentin indeksasiya olunmasına dair ərizəsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələbkar alimentin indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Borclu ilə xx.xx.2012-ci ildə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Birgə nikahdan dünyaya gəlmiş xx.xx.2013-cü il təvəllüdlü X6 onun himayəsində saxlanmışdır. xx.xx.2013cü il təvəllüdlü X1 üçün hər ay 137 (yüz otuz yeddi) manat sabit pul məbləğində aliment təyin edilmişdir. Azərbaycan Respublikasında 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 (iki yüz qırx altı) manat müəyyən edilmişdir. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Borclu bildirdi ki, ərizə ilə razı deyildir. Əvvəlki kimi sabit pul məbləğində aliment təyin edilməsini xahiş edir. Məhkəmə borclunu dinləyib, təqdim edilmiş ərizəni və iş materialarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-363/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Tələbkar ilə cavabdeh Borclu arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X6 anası Tələbkar himayəsində saxlanılması, cavabdeh Borclu xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün 22 sentyabr 2017-ci il tarixindən başlayaraq hər ay 137 (yüz otuz yeddi) manat sabit pul məbləğində alimentin iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-363/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 363/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsində yanlışlıq aradan qaldırılmış və “xx.xx.2015-ci il təvəllüdlü” ifadəsinin “xx.xx.2013-cü il təvəllüdlü” kimi oxunması qərara alınmışdır. İş materiallarında olan Səbail Rayon Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Borclu Səbail Rayon Mühafizə İdarəsində mülki mühafizəçi vəzifəsində işləyir. xx.xx.2025ci il tarixdən işçinin Gross əmək haqqısı aylıq 726 manat, nett əmək haqqısı 594.91 manat təşkil edir. İş materillarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu ilə X4 xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Atası Borclu, anası X3r. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən 2018-ci il yanvar ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 130 manat olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ali Məhkəmə Plenumunun yuxarıda qeyd etdiyi düstura əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-363/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu tutulan hər ay 137 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.05 (137:130=1.05) misli həddində müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, borclu hazırki ərizəyə etiraz olaraq stabil əmək haqqısının olmasını, eyni zamanda yeni nikaha daxil olmasını və həmin nikahdan da övladının olmasını bildirsə də, lakin məhkəmə qeyd edir ki, borclunun qeyd etdiyi hallar onun ərizəçi Tələbkar ilə nikah münasibətindən anadan olmuş övladının saxlanılması üçün təyin edilmiş aliment miqdarının hazırki dövr üçün minimum əmək haqqına münasibətdə indeksasiya olunması halını aradan qaldırmır. Borclunun etirazında qeyd etdiyi hallar aliment məbləğinin azaldılması üçün iddia icraatı qaydasında tələb irəli sürülməsinin əsasları ola bilər. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in sadalanan maddəsini rəhbər tutaraq Qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-363/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, qərardad qüvvəyə mindiyi vaxtdan xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.05 misli həddində aliment tutulsun. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar