Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-235/2023 20.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Borclu məxsus «QAZ 33021» yük markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmurunun “əmlaka həbs qoyulmasına dair” təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru “borclunun əmlakının üzərinə həbsin qoyulmasına dair” təqdimatla məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4073/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borc tələbinin borclunun üçüncü şəxslərdə olan əmlakına yönəldilməsi məqsədiilə, Borclu məxsus «QAZ 33021» yük markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatın dəlilləri Suraxanı rayon Məhkəməsinin 2(010)-4073/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X1 və X2 müştərək qaydada cəmi 10440,09 manat borc tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu X1 və X4 icra sənədi üzrə tələbi könüllü olaraq təmin etməsi üçün 10 gün müddət verilmişdir. Borclu tərəfindən könüllü icra müddəti ərzində icra sənədində göstərilmiş tələb yerinə yetirilmədiyinə görə tələbin yönələ biləcəyi əmlakların aşkar olunması məqsədilə müvafiq icra tədbirləri görülmüş, nəticədə X3 həyat yoldaşı Borclu məxsus «QAZ 33021 » yük markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Borclu X4 dəfələrlə edilən xəbərdarlıq və tələblərə baxmayaraq borcun ödənilməsi onun tərəfindən bu günədək təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq Suraxanı rayon Məhkəməsinin 2(010)-4073/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borc tələbinin borclunun üçüncü şəxslərdə olan əmlakına yönəldilməsi məqsədilə Borclu məxsus «QAZ 33021» yük markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 47-ci, 48-ci və 57-ci maddələrini rəhbər tutaraq həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra məmuru və tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimata borclu, tələbkar və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tələbkar "xxxx" ASC-ti xx.xx.2023-cü il tarixdə AZEMİS vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqdimata iştirakları olmadan baxılmasını və təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, Suraxanı rayon Məhkəməsinin 2(010)-4073/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X1 və X2 müştərək qaydada cəmi 10440,09 manat borc tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Həmçinin, İcra məmuru tərəfindən müəyyən olunmuşdur ki, borclu X3 həyat yoldaşı Borclu mülkiyyətində «QAZ 33021» yük markalı, **-OZ-*** dövlət qeydiyyat nişanİı avtomobil vardır. Göründüyü kimi, icra məmuru borclunun yox, icra sənədi üzrə tərəf olmayan şəxsin mülkiyyətində olan əmlaka həbsin qoyulması barədə təqdimat vermişdir. Beləliklə, məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu məxsus «QAZ 33021» yük markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmurunun təqdimatı rədd edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №8(010)-235/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-235/2023
20.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver