Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-235/2025 28.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2020-ci il tarixli qərarından tələbkar X2 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 2(010)-4815/2018 saylı icra sənədi üzrə tələbkar X2 həmin icra sənədin geri qaytarılması barədə qərardan şikayət verərək, sözügedən qərarın ləğv edilməsini, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(01 0)-925/2016 saylı, 20 oktyabr 2016-cı il qətnaməsi ilə Bakı şəhər, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X. Bayramov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evin 1/12 hissəsinə naturada bölgüsü müəyyən edilmişdir. Suraxanı rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli, 2(010)-4815/2018 saylı qiyabi qətnaməsinə əsasən onun Bakı şəhər, Suraxanı rayonu. Əmircan qəsəbəsi, X. Bayramov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin payına düşən 1/12 hissəsinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. Lakin qətnamənin qət etdi hissəsində həmin yerlər göstərilmədiyinə görə icra şöbəsinin əməkdaşları qətnaməni icra etməmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-681 /2019 saylı, 19 avqust 2019-cu il tarixli qərardadı ilə ərizəsi qismən təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Bayramov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin payına düşən 1/12 hissəsi fərdi yaşayış evinin texniki pasportu üzrə «A» tikilisi iddiaçının sərəncamına verilməklə, həmin tikilinin qarşısındakı üstüörtülü açıq sahədə hamam və ayaqyolu təyinatlı tikililər yaradılmaqla, həyətyanı torpaq sahəsi tərəflərin ümumi istifadəsində saxlanılmaqla, «A» tikilisinə sərbəst daxil olmaq üçün küçə hasarı üzərində («A» tikilisinə yaxın olan yerdə) ayrıca qapı açılmaqla və həyətyanı torpaq sahəsi vasitəsilə giriş-çıxış yolu təmin olunduğudan Suraxanı rayon məhkəməsinin 2(010)-4815/2018 saylı, 05 oktyabr 2018-ci il tarixli qiyabi qətnaməsinin icra edilməsi və qətnamədə göstərilən həmin hissəyə köçürülməsi qərara alınmışdır. Lakin buna baxmayaraq Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin 02. 10. 2018-ci il tarixli qərarı yenə də icra edilməyərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli, 2(010)-4815/2018 icra sənədi geri qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, icra sənədi üzrə, tələbkar, borclu və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında X2 izahat verərək ərizəsinin təmin edilməsini xahiş edərək bildirmişdir ki, icra məmuru bəhanə edərək səbəb göstərmişdir ki, “A” tikilisinin üzərində tikinti işləri aparılıb, ona görə də bu icra sənədini icra etmək mümkün deyil. Həmin vaxt da onun əri xəstə idi, gözləri tamamilə görmədiyi üçün ona qulluqla məşğul idi, daim həyat yoldaşının yanında qalmalı olduğundan bu işlə ciddi məşğul ola bilməmişdir. Əri vəfat etdikdən sonra yenidən icra orqanına müraciət etdi ki, icra sənədi icra olunsun. Məhkəmə, şikayəti iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Məcburi icra orqanları. 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 70. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədlərinin icrasının ümumi şərtləri 70.4. İcra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə mübahisələndirilən qərara əsasən müəyyən edir ki, icra məmuru icra sənədinin icrasının mümkünsüz olduğunu əsas gətirməklə icra sənədini geri qaytarmışdır. Məhkəmə həmçinin müəyyən edir ki, icra məmuru icra mərhələsində aparılan araşdırma nəticəsində fərdi yaşayış evinin texniki pasportuna əsasən “A” və “B" saylı tikililərin olmasını müəyyən etmiş, həmin tikililərdə 2-ci mərtəbənin inşa edilməsini əsas gətirərək icra sənədinin icrasının mümkünsüz olması qənaətinə gəlmişdir. Məhkəmə mübahisələndirilən qərarda qeyd edilənlərlə, yəni 2(010)-4815/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının mümkünsüz olması yanaşması ilə razılaşmır. Belə ki, məhkəmə hesab edir ki, “A” və “B" saylı tikililərdə 2-ci mərtəbənin inşa olunması tələbkar X1 Suraxanı rayonu Əmircan qəsəbəsi X.Bayramov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin payına düşən 1/12 hissəsinə köçürülməsinə maneə ola bilməz. Məhkəmə izah edir ki, icra məmuru tələbkarın ən azından texniki pasportda əks olunmuş göstəricilər əsasında mövcud olan tikililərin onun payına düşən 1/12 hissəsinə köçürülməsinə çalışmalı idi. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4815/2018 saylı, xx.xx.2018ci il tarixli icra sənədinin icra edilməsi üzrə icra tədbirlərinin görülməsi təmin edilməlidir. Göstərilənlərə əsаsən və MPM-in 263-264, 266-269-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi tərəfindən təmin edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №8(010)-235/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-235/2025
28.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver