Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-241/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1806/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Heydər Bəxtiyarovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təqdimatın məzmunu
1. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Heydər Bəxtiyarov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1806/2023 №-li, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 660 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədlərində olan tələbi könüllü təmin edilməsi üçün “10” gün müddət müəyyən edilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş haqqında borclunun vəkilinə şəxsən məlumat verilsə də, heç bir nəticə əldə edilməmişdir. Borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Lakin tələbin yönələ biləcəyi gəlir və əmlakların olmadığı müəyyən edilmişdir. Bu günə tələbkara olan borc 3960 manat təşkil edir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. Məlumat üçün bildirilir ki, borclu hal hazırda Rusiya Federasiyasının ərazisindədir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu barəsində Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müvafiq təqdimatla müraciət ediləcəkdir.
Tərəflərin izahatları
3. İcra sənədi üzrə Tələbkar xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir. İcra sənədi üzrə borclu və icra məmuruna isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.
6. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 84-1. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.
Məhkəmənin mövqeyi
7. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdə keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir.
8. Belə ki, təqdimatdan və məhkəmə tərəfindən sorğu edilərək əldə edilmiş 18 № 219625-2023-3 №-li icra işindən görünür ki, borc könüllü qaydada ödənilmədiyi üçün icra məmuru tərəfindən borcluya məxsus mülkiyyət növlərinin, nəqliyyat vasitəsilərinin, onun sığorta olunan, əmək pensiyaçısı kimi qeydiyyatda olub-olmaması və digər müavinətlər alıb-almaması, adına əmanətlərin, hesablarında pul vəsaitlərinin olub-olmaması barədə məlumat əldə etmək məqsədilə “Elektron məhkəmə” informasiya sisteminə elektron sorğular göndərilmişdir. Həmçinin, borclunun olduğu yer məlum olmadığı üçün barəsində axtarış barədə qərar qəbul edilmişdir. Dövlət Sərhəd Xidmətindən əldə edilmiş məlumatlardan məlum olmuşdur ki, xx.xx.2019-cu ildə borclu ölkə ərazisini tərk etmiş və geri qayıtmamışdır. Göründüyü kimi icra məmuru tərəfindən bütün zəruri icra hərəkətləri yerinə yetirildiyi üçün haqlı olaraq icra sənədi üzrə tələb icra olunanadək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir.
Məhkəmənin gəldiyi nəticə
9. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1806/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələb icra olunanadək Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1806/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələb icra olunanadək Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə tapşırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.