Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-244/2023 12.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-1313/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar tələbin borclunun əmlakına yönəldilməsi barədə Suraxanı rayon İcra şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Nicat Vəli zadə tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təqdimatın məzmunu Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Nicat Vəli zadə məhkəməyə təqdimatla müraciət edərək, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-1313/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu məxsus “Mazda” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-1313/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu cəmi 14694 manat borc və 134,08 manat dövlət rüsumu tələbkar "xxxx" QSC- nin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar və bildiriş tərəflərə göndərilmişdir. Borclu tərəfindən könüllü icra müddəti ərzində icra sənədində göstərilmiş tələb yerinə yetirilmədiyinə görə tələbin yönələ biləcəyi əmlakların aşkar olunması məqsədilə dövlət və digər qurumlara müvafiq sorğularla müraciət olunmuşdur. Borclu aid məlumat vərəqindən ona məxsus “Mazda” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mövcud olduğu məlum olmuşdur. Tərəflərin izahatları Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tələbkar QSC-nin nümayəndəsi elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, təqdimatın təmin olunması məhkəmədən xahiş etmişdir. İşin faktiki halları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1313/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 14694 manat məbləğində əsas borc və 134.08 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi müəyyən edilmişdir. İcra işinin materiallarından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Nicat Vəli zadə tərəfindən xx.xx.2023-cü il tarixində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1313/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında Borclu bildiriş göndərilmişdir. SMS bildiriş xx.xx.2023-cü il tarixdə borcluya çatmışdır. Borclu icra sənədi üzrə tələbi könüllü olaraq təmin etməsi üçün 10 gün müddət verilmişdir. xx.xx.2023-cu il tarixli akta əsasən icra sənədinin icrası ilə bağlı Borclu yaşadığı yeri müəyyən etmək məqsədilə ünvan 1 ünvanına baxış keçirilmiş və borclunun həmin ünvanda tapmaq mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli borclunun axtarılması haqqında qərara əsasən, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında yaşayan Borclu barəsində axtarış elan edilmişdir. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, Borclu adına 23.12.205-ci il tarixdən “QAZ 3110” markalı **-XO-*** və xx.xx.2007-ci il tarixdən “Mazda” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyatdadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 129. Məhkəmə qərarları və onların icrası I. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 15. Məhkəmə aktlarının məcburiliyi 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 43. Məcburi icra tədbirləri. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. Maddə 44. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1.bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2.icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 45.1.Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.6.Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə təqdimatın dəlillərini və icra işininin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Belə ki, icra işinin materiallarından müəyyən olununr ki, icra məmuru tərəfindən borclunun icranı həyata keçirməsi üçün müəyyən tədbirlər görülmüş, lakin bu tədbirlər vasitəsilə borclu tərəfindən icra vərəqəsinin icrasına nail olmaq mümkün olmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan Hüquqlarının və X1 Haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun (Avropa Məhkəməsinin Burdov Rusiyaya qarşı, Tarverdiyev Azərbaycana qarşı iş üzrə qərarları və sair qərarlar). Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-1313/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus “Mazda” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməli və Borclu məxsus “Mazda” minik markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsini və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-1313/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu məxsus “Mazda” minik markalı, **- UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimat təmin edilsin. Qərardadın icrası Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №8(010)-244/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-244/2023
12.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver