Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-247/2025 18.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, X1, Borclu, Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin icra məmuru X6 iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin “icra sənədinin qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərarın ləğvinə dair verilmiş şikayətə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilərək iddiaçı X3 valideynlik hüquq və vəzifələrini həyata keçirmək üçün xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X9 ilə hər həftənin bazar günləri saat 1200-dan saat 1600 dək və hər il Ramazan, Qurban, Novruz (21 Martda) və Yenil il (2 Yanvarda) bayramlarının ikinci günləri saat 1200-dan saat 1600-dək sərbəst şəkildə görüş və ünsiyyətdə olmaq vaxtı müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması qərarı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi geri qaytarılmışdır. Qeyd olunan qərarla razı olmayan X5 xx.xx.2025-ci il tarixdə qərardan şikayət vermişdir. Tələbkar şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi 28 dekabr 2024-cü il tarixli qərarı ilə Suraxanı rayon məhkəməsi tərəfindən 2(010)- 118/2022 №li, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etməyin mümkünsüz olmasını hesab edərək icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən Suraxanı rayon məhkəməsinə qaytarılması barədə qərar qəbul etmişdir. Suraxanı rayon İcra Şöbəsi qərarını onunla əsaslandırmışdır ki, X3 valideynlik hüquq və vəzifələrini həyata keçirmək üçün xx.xx.2024-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 ilə hər həftənin bazar günləri saat 12:00-dan saat 16:00-dək və hər il Ramazan, Qurban, Novruz (21 martda) və Yeni il (2 yanvarda) bayramlarının ikinci günləri saat 12:00-dan saat 16:00-dək sərbəst şəkildə görüş və ünsiyyətdə olmaq vaxtı müəyyən edilməlidir. İcra sənədi xx.xx.2024-cu il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar və bildiriş tərəflərə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2024-cu il, xx.xx.2024- cu il, xx.xx.2024-cu il, xx.xx.2024-cu il, xx.xx.2024-cu il, xx.xx.2024-cu il, xx.xx.2024-cu il, xx.xx.2024-ci il və xx.xx.2024-cu il tarixlərində 9 dəfə olmaqla görüşlər keçirilmiş, lakin bütün görüşlər zamanı uşaqların hər üçü atalarının yanından ayrılmayıb, ağlayıb-qışqıraraq anaları ilə görüşməkdən imtina etdikləri səbəbdən görüş baş tutmamış və bu barədə müvafiq aktlar tərtib edilmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsini rəhbər tutaraq, icra məmuru icra vərəqəsini yenidən məhkəməyə qaytarmaq qərarına gəlmişdir. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru icra sənədinin qaytarılması barədə məlumat ona poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə göndərmişdir. Poçt konvertində onun rəsmi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60 məh.3,24 göstərmişdir. Lakin o həmin ünvanda yaşamır, onun faktiki yaşadığı ünvanı ünvan 3ədar o icra sənədinin qaytarılması barədə məlumatı, həm də bu barədə qərarı vaxtında almamışdır. İcra Məmurunun məktubu və qərarı Suraxanı rayon İcra Şöbəsinə geri qaytarılmışdır. Bundan başqa, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində o icra məmuru X4 icra sənədinin qaytarılması haqqında qərarın surətini almışdır. Beləliklə, qərarın surətini rəsmi verdiyi gündən onun həmin qərardan şikayət vərmək üçün 30 gün müddət olmuşdur. O qərarı ilə razı deyil, hesab edir ki, qərar tamamilə əsassızdır və qanunsuzdur və məhkəmə tərəfindən ləğv edilməlidir. Qeyd olunanlara əsasən icra sənədinin geri qaytarılması barədə qərarın ləğv olunaraq yenidən icraya qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayətə uyğun izahat verərək bildirmişdir ki, o altı ildir ki, uşaqları ilə görüşə bilmir. Belə ki, borclu tərəfindən uşaqların onunla görüşməsinə maneələr törədilir. O, uşaqları ilə tək görüşmək istədiyini lakin, atanın da uşaqlarla görüşdə iştirak etməsi səbəbindən görüşlərinin mümkün olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Borclu izahat verərək bildirmişdir ki, o, hər dəfə uşaqları anaları ilə görüşməyə aparmasına baxmayaraq, uşaqlar anaları ilə görüşmək istəmirlər. Onun tərəfindən uşaqlara anaları ilə ünsiyyətdə olmamaları üçün heç bir təzyiq göstərilməmişdir. O. hər dəfə uşaqları icra şöbəsinə gətirsə də, azyaşlı övladları görüşməkdən imtina edirlər. Bu əsasla şikayətin rədd olunmasını xahiş edir. Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X10 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilərək iddiaçı X3 valideynlik hüquq və vəzifələrini həyata keçirmək üçün xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X9 ilə hər həftənin bazar günləri saat 1200-dan saat 1600 -dək və hər il Ramazan, Qurban, Novruz (21 Martda) və Yenil il (2 Yanvarda) bayramlarının ikinci günləri saat 1200-dan saat 1600-dək sərbəst şəkildə görüş və ünsiyyətdə olmaq vaxtı müəyyən edilmişdir. Sözügedən icra sənədi onun icraatındadır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə azyaşlı uşaqların anası ilə 9 dəfə görüşü təşkil olunmuş, lakin bu görüşlərin heç biri baş tutmamışdır. Görüşlər zamanı uşaqlar ağlayaraq və qışqıraraq hər üçü atalarının yanından ayrılmamış və anaları ilə görüşmək istəməmişlər. Bu barədə müvafiq olaraq akt tərtib olunmuşdur. Məhkəmə şikayəti, iş materiallarını və icra işini araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 9.3.-cü maddəsinə əsasən icra sənədinin qaytarılması haqqında qərarda onun qaytarılması əsasları göstərilir. İcra məmuru icra sənədini vermiş məhkəməyə və ya digər orqana yol verilmiş pozuntular barədə məlumat verir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: [53] 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Məcəllənin 70.4.-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ananın uşaqlarla ünsiyyətə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mövcuddur və həmin qətnamə qanuni qüvvəsini almışdır. İcra şöbəsi tərəfindən ananın azyaşlı övladları ilə görüşü təşkil olunsa da, uşaqlar öz anaları ilə görüşməkdən imtina etdiklərindən icra sənədi məhkəməyə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, hazırkı halda isə icra sənədinin məzmununu X1nın valideynlik hüquq və vəzifələrini həyata keçirmək üçün xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X9 ilə hər həftənin bazar günləri saat 1200-dan saat 1600 -dək və hər il Ramazan, Qurban, Novruz (21 Martda) və Yenil il (2 Yanvarda) bayramlarının ikinci günləri saat 1200-dan saat 1600-dək sərbəst şəkildə ünsiyyətdə olmaq hüququ təşkil edir və icra sənədi üzrə tərəflərin hüquq və vəzifələri azyaşlı uşaqların 18 yaşına çatanadək qüvvədə olacaqdır. Məhkəmə hesab edir ki, icra sənədi üzrə tələb uzun müddətli icra tələbidir, azyaşlı uşaqların anası ilə görüşünün təmin olunmasından ibarətdir ki, bu tələb tərəfləri borclu və tələbkar kimi uzun müddətli olaraq hüquq və vəzifələrlə yüklü etmişdir. Hazırda icra sənədinin geri qaytarılması ilə bağlı hüquq tələbkara məxsusdur. Məhkəmə hesab edir ki, azyaşlı uşaqların hazırda valideyni ilə görüşmək istəməməsi icra sənədinin geri qaytarılması üçün əsas hesab olunmadığından Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin “icra sənədinin qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və icra sənədi icra olunması üçün yenidən icra şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 23-cü maddəsini, Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin olunsun. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin “icra sənədinin qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi yenidən icra olunması üçün Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №8(010)-247/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-247/2025
18.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver