Məhkəmə qərarları › İş №8(010)-251/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-251/2025

13.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-251/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Tələbkarın etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Borclu əmlakı üzərinə həbs qoyulması barədə Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəlizadənin təqdimatına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəlizadə təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus olan «Ford Transit» markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-5287/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1658.89 manat məbləğində pul vəsaiti və 36.58 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borcluya məxsus olan “Ford Transit” markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada borclu və icra məmuru xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsaslanaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında tələbkarın etibarnamə üzrə nümayəndəsi X2 təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə tələbkarı dinləyib, təqdimatı və onunla əlaqədar materialları nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5287/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1658.89 manat məbləğində pul vəsaiti və 36.58 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında qərar”ın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5287/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, Borclu mülkiyətində «Ford Transit» yük markalı **- KE-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsi mövcuddur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinin tələbinə görə, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri hesab olunur. Həmin Qanunun 45.1-ci maddəsində isə göstərilmişdir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə qeyd edir ki, İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələbindən göründüyü kimi, məcburi icra hərəkətlərindən biri də borcluya məxsus olan əmlak üzərinə həbs qoyulmasından ibarətdir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, Borclu məxsus «Ford Transit» yük markalı **-KE-*** dövlət qeydiyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5287/2023 nömrəli iş üzrə icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məxsus «Ford Transit» yük markalı **-KE-*** dövlət qeydiyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Suraxanı rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar