Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-254/2023 25.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1446/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəli zadənin təqdimatına baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təqdimatın məzmunu
1. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəli zadə təqdimatla məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1446/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.1973-cü il təvəllüdlü Biləsuvar şəhəri, H.Aslanov küçəsi, ev 8 ünvanında qeydiyyatda olan və ünvan 1şayan Borclu Suraxanı rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1446/2023 saylı, xx.xx.2023-cü il :a.rixli qərarına əsasən ünvan 3 ünvanında yerləşən (evin şərti nömrəsi 340/2) iddiaçı Tələbkar məxsus fərdi evin hamam və tualet sahələrində havalandırma üçün nəzərdə tutulan və borclular Borclu və X1 tərəfindən bağlanılmış 2 ədəd nəfəslik onların hesabına sökülməli və həmin nəfəsliklərin yenidən açılaraq şüşə və dəmir məhəcərlə bərpa edilməsinə borclular Borclu və X1 tərəfindən qoyulan süni maneələr aradan qaldırılmalıdır. İddia təmin edildiyi üçün ödənilmiş ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul borclular Borclu və X1 tərəfindən müştərək qaydada tutularaq Tələbkar verilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul borclular Borclu və X1 tərəfindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar Borclu dəfələrlə icra şöbəsinə dəvət olunmasına baxmayaraq icra məmurunun çağırışı ilə icra şöbəsinə gəlməmiş, tələbkara olan borcunu hal-hazıradək ödəməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayman şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur.
Tətbiq edilən hüquq
3. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 84. İcra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət 84.2. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. 84.3. Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Maddə 3. İcra məmurunun tələblərinin məcburiliyi 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Məhkəmənin mövqeyi
4. Məhkəmə icra məmuru Nicat Vəli zadənin təqdimatını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır.
5. Belə ki, təqdimatdan və məhkəmə tərəfindən icra şöbəsindən tələb edilərək əldə edilmiş 272306/2023 №-li icra işi materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul olunmağına və həmin tarixdə borclunun ünvanına bildiriş göndərilməsinə, xx.xx.2023-cü il tarixdə isə sms-xəbərdarlıq göndərilməsinə baxmayaraq, borclu icra şöbəsinə gəlmədiyi üçün Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəli zadə tərəfindən xx.xx.2023-cü il tarixdə Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə qərar Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin rəisi Nazim Nərimanov tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi borclu icra məmurunun tələblərinə əməl etmədiyi üçün o, haqlı olaraq təqdimatla məhkəməyə müraciət etmişdir. Çünki “İcra haqqında” qanunda da qeyd edildiyi kimi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir və icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Məhkəmənin gəldiyi nəticə
6. Beləliklə, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəli zadənin təqdimatını nəzərə alıb və icra işinin materiallarını araşdırıb məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1446/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi gətirilməlidir.
7. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəli zadənin təqdimatı təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1446/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1973-cü ildə ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 1şayan Borclu Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilsin.