Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-259/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Tələbkarın nümayəndəsi (atası) Nümayəndə, Borclu iştirakları ilə, Tələbkar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3295/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar şikayətlə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 06 avqust 2007-ci il təvəllüdlü X3 və 12 noyabr 2013-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği 2025-ci il üçün təyin olunmuş məbləğə uyğunlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən tələbkarın nümayəndəsi Nümayəndə ərizə təqdim edərək, izahatında göstərdi ki, o, hazırki ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasıda dindirilən Borclu izahatında göstərdi ki, o, hazırki şikayətin baxılmamış saxlanılmasına etiraz etmir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, tələbkarın nümayəndəsi Nümayəndə ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3295/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №8(010)-259/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-259/2025
12.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver