Məhkəmə qərarları › İş №8(010)-26/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-26/2023

13.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-26/2023 13.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X3 qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(010)- 1983/2022 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(010)- 1983/2022 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Vüsal Əliyev təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Suraxanı Rayon İcra şöbəsinin icraatında olan, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-1983/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 14871,93 (on dörd min səkkiz yüz yetmiş bir manat doxsan üç qəpik) tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş icra sənədində göstərilmiş Borclu qeydiyyat ünvanına göndərilmişdir. Tələb borcluya verilmiş könüllü icra müddətində təmin edilmədiyindən onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun tələbin yönəldilə biləcəyi əmlakı aşkar edilməmişdir. Borclu tələbkarın xeyrinə xx.xx.2023-cü il tarixə ödənilməmiş borcu 11772 (on bir min yeddi yüz yetmiş iki) manat təşkil edir. Borclununun ölkə hüdudlarını tərk etməməsinə baxmayaraq icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun icra sənədi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılması xahiş olunmuşdur. Borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, məhkəmə iclasına gəlməmişdir, lakin məhkəmənin elektron poçt ünvanına müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyini bildirmiş, nəzərə alınmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi və təbləbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmurunun və tələbkarın nümayəndəsinin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, materiallardan görünür ki, Suraxanı rayon məhkəməsinin 23 may 2022-ci il tarixli 2(010)-1983/2022 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən, cavabdehlər Borclu və X1 11848,78 manat məbləğində əsas borc, 2888,50 manat məbləğində faiz borcu və 134.65 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 14871,93 manat məbləğində pul vəsaiti iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddiaçı Tələbkar ASC ilə cavabdeh Borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsinin ləğv edilməsi nəzərdə tutulmuşdur. Materiallara əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2022ci il tarixli icraata başlamaq haqqında qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1983/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icraata başlamaq qərara alınmışdır. Materiallara əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2022ci il tarixli bildirişindən görünür ki, Borclu “tələbin könüllü icrası” haqqında bildiriş göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Belə olan halda məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimatın təmin olunmasına mane olan hallara dair hər hansı sübut təqdim edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(010)- 1983/2022 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə əlaqədar borclu xx.xx.1989-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq borc ödənilənədək məhdudlaşdırılsın. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Qərardadın icrasının təmin olunması Bakı şəhər Suraxanı rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ünsüyyət Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar