Məhkəmə qərarları › İş №8(010)-262/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-262/2025

19.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-262/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə Tələbkar alimentin indeksasiya olunmasına dair ərizəsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, aliment məbləğinin 2025-ci il tarixə uyğun indeksasiya edilərək xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə ödənilən aliment məbləğinin 246 manat hesablanmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 972/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onunla Borclu arasında olan 15 fevral 2013-cü il tarixli nikah pozularaq uşaqların onun yanında qalması, xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ondan hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Mövcud vəziyyətdə uşaqların saxlanılma xərci artmışdır, maddi vəziyyəti pisləşmişdir, bu səbəbdən uşaqların normal tələbatının təmin edilməsində çətinlik çəkir və bu vəziyyətdə ödənilən aliment məbləğinin 2025-ci il tarixə uyğun indeksasiya edilməsi zərurəti yaranmışdır. Tələbkar və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, lakin məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş ərizəni və iş materialarını nəzərdən keçirib hesab edir ki, məhkəmə qətnaməsi ilə tutulan aliment indeksasiya edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-972/2024 saylı qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilmiş, Borclu ilə Tələbkar arasında 15 fevral 2013-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində 164 nömrə ilə qeydə alınmış nikah pozulmuş, ilkin iddia qalan hissədə rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, Borclu ilə Tələbkar birgə nikahlarından doğulmuş 29 mart 2013-cü il təvəllüdlü X4 və 29 may 2014-cü il təvəllüdlü X5 boşanmadan sonra anaları Tələbkar yanında qalması, Borclu 29 mart 2013-cü il təvəllüdlü X4 və 29 may 2014cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin Sərəncama əsasən 2024-cü ildən ölkə üzrə minimum əmək haqqının məbləği 345 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ali Məhkəmə Plenumunun yuxarıda qeyd etdiyi düstura əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-972/2024 saylı, xx.xx.2024-cü il qətnaməsinə əsasən 29 mart 2013-cü il təvəllüdlü X4 və 29 may 2014cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu tutulan hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 (235:345=0.68) misli həddində müəyyən olunmalıdır. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in sadalanan maddəsini rəhbər tutaraq Qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-972/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, qərardad qanuni qüvvəyə mindiyi vaxtdan 29 mart 2013-cü il təvəllüdlü X4 və 29 may 2014-cü il təvəllüdlü X1 üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində aliment tutulsun. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar