Məhkəmə qərarları › İş №8(010)-305/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-305/2025

07.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-305/2025 07.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, Tələbkar iştirakı ilə, Tələbkar alimentin indeksasiyası barədə ərizəsinə açıq məhkəmə iclasında baxılır. MÜƏYYƏN ETDİ: Tələbkar (ərizəçi) Tələbkar alimentin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X7 11 Mart 2017-ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər Borclu Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 265/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği 2020-ci il üçün minimum əmək haqqının müvafiq hissəsinə müvafiq misli artırılaraq (indeksləşdirilərək) 2025ci il üçün minimum əmək haqqında müəyyən edilməklə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tələbkar Borclu ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikahdan xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3858/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu ilə bağladıqları nikah pozulmuş, nikahdan dünyaya gəlmiş xx.xx.2013-cü il təvəllüdlü X7 xx.xx.2017-ci il təvəllüdlü X4 həmin iş üzrə iddiaçı olan onun himayəsində saxlanılması və yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 175 manat, iki uşağa görə cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamə üzrə icra sənədi Suraxanı rayon icra şöbəsində icra olunur. Hesab edir ki, hazırda övladlarının saxlanması üçün ödənilən aliment azdır və onların tələbatlarını tam ödəmir. Uşaqlar artıq məktəbin 6-cı və 2-ci siniflərində oxuyurlar, ona görə də məsrəfləri yetərincə artmışdır. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də o, aliment məbləğinin indeksləşdirilməsi (artırılması) barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında tələbkar (ərizəçi) Tələbkar ərizənin təmin edilməsini xahiş edərək bildirmişdir ki, aliment məbləğinin indeksasiya olmasını istəyir. Qeyd edir ki, 2021-ci ildən aliment alır. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarına nəzər salaraq, hesab edir ki, aliment məbləğinin indeksasiyası barədə ərizə qismən təmin edilməlidir. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 382999 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu və X5 arasında bağlanmış nikah pozulmuş, bu barədə akt qeydləri kitabında həmin tarixdə 236 nömrə ilə qeyd edilmişdir. 2 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 114898 nömrəli, xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 (atası Borclu, anası X5) xx.xx.2013-cü ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 1979 nömrə ilə qeyd edilmişdir. 5 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 138577 nömrəli, xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası Borclu, anası X5) xx.xx.2017-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 1235 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3858/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə vəsatət qismən təmin edilmiş, mülki işə baxılıb yekun məhkəmə qətnaməsi çıxarılanadək cavabdeh Borclu xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X8 ilə hər ayın şənbə günləri saat 12:00-dan 16:00-dək görüşüb ünsiyyətdə olmasının təmin edilməsi və.s qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-265/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X5 ilə Borclu arasında Suraxanı rayon Qeydiyyat Şöbəsində xx.xx.2012-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1467 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X4 anası X2 yanında qalması, Borclu xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi və s. qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 18 iyun 2019-cu il tarixli “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, tələb “alimentin artırılması” formasında deyil, “tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası” formasında olmalıdır. Həmin tələb iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında icraya nəzarət edən məhkəmədə baxılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, alimetin tutulması ilə bağlı məhkəmənin qətnaməsi 2021-ci ildə qüvvəyə minmişdir. Həmin qətnamə ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin il Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 250 manat idi. Belə ki, mislini hesabladıqda – təyin olunmuş alimentin məbləği (175 manat) minimum əmək haqqına (250 manat) bölünməlidir (175/250=0.7). Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Suraxanı rayon Məhkəməsinin 2(010)-265/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Eyni zamanda, ərizəçi tərəfindən təqdim edilmiş ərizədə qeyd edilən alimentin hesablaşma qaydası düzgün göstərilməmişdir və məhkəmə tərəfindən aliment məbləğinin indeksasiyası qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmalıdır. Buna görə də, bu hissədə ərizə təmin edilə bilməz. Belə ki, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.7 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.7 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar