Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-313/2025 16.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin “icra sənədinin qaytarılması” barədə xx.xx.2023-cü il tarixli qərarın ləğvinə dair verilmiş şikayətə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən Borclu barəsində e-2(010)- 2389/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi verilmişdir. Həmin icra sənədinə əsasən Borclu xx.xx.2021-ci il tarixli müqavilə üzrə 223,62 manat əsas və 4.4 manat faiz olmaqla, cəmi 228,02 manat məbləğində pul otuz manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə pul tutulmalıdır. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru, birinci dərəcəli ədliyyə qulluqçusu X1 xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması qərarı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən Borclu barəsində e-2(010)-2389/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi geri qaytarılmışdır. Qeyd olunan qərarla razı olmayan "xxxx" ASC-nin X4 X6 xx.xx.2025-ci tarixdə qərardan şikayət vermişdir. Tələbkarın nümayəndəsi şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2389/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. Qərardad tamamilə qanunsuz və əsassız, həmçinin "xxxx" ASC-nin mənafelərinə ziddir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2389/2022 nömrəli, xx.xx.2022-ci il qətnaməsinə əsasən Borclu 223,62 manat əsas borcu, 4,4 manat hesablanmış faiz borcu olmaqla, cəmi 228,02 manat məbləğində pul 30 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-2389/2022 nömrəli, xx.xx.2022-ci il qətnaməsi üzrə cavabdehin 218,62 manat əsas, 4,4 manat faiz borcu, ödənilmiş 30 manat dövlət rüsumu borcu qalmaqdadır. Bugünədək 3 ilə yaxın zaman keçməsinə baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hələ də icra olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-2389/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının mümkün olmaması səbəbindən icra sənədinin məhkəməyə qaytarılması qanunsuzdur. Belə ki, icra məmuru tərəfindən zəruri sorğular verilmədən, sorğuların cavabları əlavə edilmədən, iş üzrə Azərbaycan Respublikasının İcra haqqında Qanununda göstərilən bütün tədbirlər görülmədən icra sənədinin icrası mümkün olmaması ilə əsaslandıraraq məhkəməyə geri qaytarılması qanunsuzdur. Cavabdeh tərəfindən verilmiş məlumata əsasən Borclu 2019-cu il tarixindən rəsmi iş yeri vardır. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv olunması və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-2389/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra işinin yenidən icraya yönəldilməsi barədə müvafiq qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən icra sənədinin geri qaytarılması barədə qərarın ləğv olunaraq yenidən icraya qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi və borclu məhkəmə iclasında iştirak etməmiş və nümayəndəsinin iştirakını təmin etməmişdir. Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında nümayəndənin iştirakı olmadan şikayətə baxılmasını və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-2389/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, iş materiallarını və icra işini araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 9.3.-cü maddəsinə əsasən icra sənədinin qaytarılması haqqında qərarda onun qaytarılması əsasları göstərilir. İcra məmuru icra sənədini vermiş məhkəməyə və ya digər orqana yol verilmiş pozuntular barədə məlumat verir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: [53] 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Məcəllənin 70.4.-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Məcəllənin 26-cı maddəsinə əssaən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmə hesab edir ki, borclunun könüllü icra müddəti ərzində borcunu ödəməməsi, həmin borcu hansı səbəbdən ödəməkdən yayınması, icra sənədinin hansı səbəbdən icra olunmaması və ya borclu barəsində hansı məcburi icra tədbirlərinin görülməsi, borcun hissə-hissə icra olunması məsələsi icra şöbəsi tərəfindən tam araşdırılmamış, həmçinin borclunun bununla bağlı olaraq izahatının alınıb-alınmaması ilə bağlı məhkəməyə sübut təqdim olunmamışdır. Bundan əlavə icra şöbəsinin nümayəndəsi borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün icra tədbirlərinin nəticə vermədiyini qeyd edərək bu əsasla icra sənədini icra olunmadan geri qaytarmışdır. Məhkəmə hesab edir ki, icra şöbəsi tərəfindən borcun ödənilməsi ilə bağlı olaraq heç bir tədbir görülmədiyindən Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək icra sənədi yenidən icraya yönəldilməlidir. Şərh olunanlara əsaslanaraq və “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 23-cü maddəsini, Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin olunsun. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin “icra sənədinin qaytarılması” barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-2389/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədi yenidən icra olunması üçün Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №8(010)-313/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-313/2025
16.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver