Məhkəmə qərarları › İş №8(010)-374/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-374/2025

28.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-374/2025 28.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Tələbkarın nümayəndəsi Nümayəndə, Borclu iştirakı ilə, Tələbkar (ərizəçi) Tələbkar alimentin indeksasiyası barədə ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar (ərizəçi) Tələbkar alimentin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-258/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün alimentin miqdarının 2025-ci il üçün 246 manat minimum əmək haqqına uyğun indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tələbkar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-258/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə iddia ərizəsi təmin edilərək onun xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi hər ay hər biri üçün cavabdeh Borclu 175 manat vəsaitin tutulması qət edilmişdir. Məhkəmə iclasında tələbkarın (ərizəçinin) nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsini xahiş edərək bildirmişdir ki, 2022-ci ildə hər uşağa 175 manat aliment kəsilmişdir. Qeyd edir ki, cavabdeh hər ay hər uşağa 100 manat göndərir. Uşağı olduğunu, pulu çatmadığını deyir. Alimentin indeksasiya olunmasını istəyir. Alimentin artırılmasına verdi, amma ləğv olundu ki, yeni qaydalara uyğun vermək lazımdır. Məhkəmə iclasında Borclu ərizənin təmin edilməməsini xahiş edərək bildirmişdir ki, ayda 200 manat ödəyir. Artıq ödəməyə gücü çatmaya bilər. Qeyd edir ki, atası himayəsindədir, özü ailə həyatı qurmuşdur. Məhkəmə iş materiallarına nəzər salaraq, hesab edir ki, aliment məbləğinin indeksasiyası barədə ərizə qismən təmin edilməlidir. Suraxanı rayon Məhkəməsinin 2(010)-258/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Tələbkar ilə Borclu arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat şöbəsində 919 sayla qeydə alınmış xx.xx.2012-ci il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 nikah pozulduqdan sonra Tələbkar yanında qalması, Borclu xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün Tələbkar xeyrinə hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması və.s qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 17 dekabr 2021-ci il tarixli “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, tələb “alimentin artırılması” formasında deyil, “tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası” formasında olmalıdır. Həmin tələb iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında icraya nəzarət edən məhkəmədə baxılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, alimetin tutulması ilə bağlı məhkəmənin qətnaməsi 2022-ci ildə qüvvəyə minmişdir. Həmin qətnamə ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin il Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 300 manat idi. Belə ki, mislini hesabladıqda – təyin olunmuş alimentin məbləği (175 manat) minimum əmək haqqına (300 manat) bölünməlidir (175/300=0.58). Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Suraxanı rayon Məhkəməsinin 2(010)-258/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği indeksasiya edilərək, aliment tutularkən hesablaşma qaydası – hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində olmaqla aparılmalıdır. Eyni zamanda, ərizəçi tərəfindən təqdim edilmiş ərizədə qeyd edilən alimentin hesablaşma qaydası düzgün göstərilməmişdir və məhkəmə tərəfindən aliment məbləğinin indeksasiyası qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmalıdır. Buna görə də, bu hissədə ərizə təmin edilə bilməz. Belə ki, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar