Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-380/2025 30.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Borclu1, Borclu2, Tələbkar iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmuru X1 İlham Yəhya oğluna məxsus «SCANİA» yük markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-83/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu1 25000 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 7000 manat pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. Borclu2 5200 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. Borclular Borclu1 və Borclu2 274 manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq Tələbkar ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri -110 manat Borclu1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclular Borclu1 və Borclu2 icra sənədində qeyd olunan ünvanlarına göndərilmişdir. Borclular könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədikləri üçün borcluların əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu1 məxsus olan "SCANİA" yük markalı, ** SY *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu1 məxsus olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunmuşdur. Borclu1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onlara məxsus olan bir avtomobil yanmışdır, qazanc əldə etdikləri yeganə avtomobilləri isə sözügedən avtomobildir. Onun mülkiyyətində başqa avtomobillər də mövcuddur. Mövcud borcun əmək haqqı məbləği ilə ödənilməsinə etiraz etmir. Borclu2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 8840 manat məbləğində pul vəsaiti nağd olaraq iddiaçıya ödəniş edilmişdir. Sözügedən avtomobil yeganə gəlir vasitəsidir, beynəlxalq yük daşımalarda iştirak edir. İcra şöbəsi tərəfindən çağırıldıqdan sonra onlar müəyyən məbləğdə pul ödənişini həyata keçirmişlər və mövcud borc məbləği bölünərək az-az ödənilməsi müəyyən edilməlidir. Qeyd olunanlara əsasən təqdimatın rədd olunmasını xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Borclu1 tərəfindən 5 aydır ki, borc ödənilməmişdir. İcra şöbəsi tərəfindən bir avtomobilin üzərinə həbs qoyulmuşdur. Mövcud borc məbləğinin hissə-hissə ödənilməsinə etiraz edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata icra şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, İcra Şöbəsi tərəfindən borcluya məxsus digər avtomobil vasitəsinin mövcud olub-olmaması, borclunun digər daşınar əmlaklara malik olması və hazırkı avtomobilin yeganə qazanc mənbəyi olması məsələsi araşdırılmamış və bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. İcra Haqqında qanunvericiliyin tələbinə görə hazırkı halda əmlakın üzərinə həbsin qoyulması məcburi icra tədbiri sayılır və onun özgəninkiləşdirilməsini nəzərdə tutur. Bununla da məhkəmə hesab edir ki, icra məmuru tərəfindən təqdimat əsaslandırılmamışdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləridır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Məcəllənin 50.2.-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə hesab edir ki, İcra Haqqında qanunvericiliyin tələbinə görə təqdimatı əsaslandırmaq məhkəmənin deyil, icra məmurunun vəzifəsi olduğundan məhkəmə təqdimatın təmin edilməməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin Borclu1 məxsus «SCANİA» yük markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatı təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №8(010)-380/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-380/2025
30.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver