Məhkəmə qərarları › İş №8(010)-39/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-39/2024

11.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-39/2024 11.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas kаtibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-3483/2023 nömrəli icra sənədinin icrası üzrə icra məmurunun hərəkətlərindən borclu X6 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-3483/2023 nömrəli icra sənədinə əsasən, borclu X4 6000 manat məbləğində borc, hüquqi yardıma görə ödənilmiş 120 manat və 80 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar X3 ödənilməlidir. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rüfət Maqsudov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla icra sənədi üzrə icraata başlanılmışdır. Elə həmin tarixdə tələbin könüllü icrası haqqında bildirişlə icra sənədi üzrə borclu Amaliya Əliyevaya müraciət edilmişdir. Hazırda icra sənədi üzrə borclu Amaliya Əliyeva məhkəməyə icra məmurunun hərəkətlərindən şikayətlə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, icra məmuru Rüfət Maqsudova dəfələrlə bildirmişdir ki, icra sənədi aldığı təqaüdün 50 %-nə tutulma yönəldilməklə icra edilsin. Buna baxmayaraq, icra məmuru xx.xx.2024-cü il tarixdə onun yaşlı ata-anasının yaşadığı evə gedərək hədə-qorxu gəlmiş, onu tutduracağını bildirmişdir. Bu səbəbdən icra məmurunun hərəkətlərinin qanunsuz hesab olunmasını, ona və ailəsinə hədə-qorxu gəlməsinin qarşısının alınmasını və icra məmuru Rüfət Maqsudov haqqında ciddi tədbir görülməsini xahiş etmişdir. Şikayətə baxılması üzrə təyin edilmiş məhkəmə iclasında borclu X6 məhkəməyə ərizə təqdim edərək, onun şikayəti əsasında icra məmurunun dəyişdiyini bildirmiş, bu səbəbdən hazırkı şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icra sənədi üzrə borclunun ərizəsini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, icra məmurunun hərəkətlərindən şikayət baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-3483/2023 nömrəli icra sənədinin icrası üzrə icra məmurunun hərəkətlərindən borclu X6 tərəfindən verilmiş şikayət baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-3483/2023 nömrəli icra sənədinin icrası üzrə icra məmurunun hərəkətlərindən borclu X6 tərəfindən verilmiş şikayət baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar