Məhkəmə qərarları › İş №8(010)-392/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-392/2025

19.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-392/2025 19.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Tələbkarın nümayəndəsi Nümayəndə Yasin oğlunun iştirakı ilə, Tələbkar (ərizəçi) Tələbkar alimentin indeksasiyası barədə ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, 08 mart 2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində tutulması müəyyən edilən alimentin məbləğinin indeksasiya edilməsi və 08 mart 2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müvafiq misli həddində sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu ilə 12 aprel 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Birgə nikahdan 08 mart 2017-ci il təvəllüdlü X11 adlı bir uşaqları doğulmuşdur. Borclu ilə xasiyyəti uyğun gəlmədiyinə görə nikahın pozulması, 08 mart 2017-ci il təvəllüdlü X8 onun yanında qalmasının müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmişdi. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2(010)-3387/2018 saylı qətnaməsinə əsasən Borclu 13 aprel 2018-ci il tarixdən başlayaraq 08 mart 2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Sonradan alimentin artırılması ilə bağlı ərizə ilə Bakı 4 saylı Mediasiya Təşkilatına müraciət etdi. X4 Azad Vidadi oğlu ilə aralarında alimentin artırılması barədə xx.xx.2022-ci il tarixli, MŞB 4-00452 nömrəli barışıq sazişi bağlandı. Həmin sazişin 2.1-ci bəndinə əsasən, ikinci tərəf (Borclu) birinci tərəfə (Tələbkar) 08 mart 2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın sonu 202 azn ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan alimentlə hazırki vaxtda uşaqların saxlanılmasında çətinlik çəkir. Alimentin tutulmasından uzun müddət keçmiş, həmin müddət ərzində bazar qiymətləri artmış və eyni zamanda Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, 2025-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat və ölkə üzrə minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. O da alimentin indeksasiyası barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli oldu. Məhkəmə iclasında tələbkarın nümayəndəsi Nümayəndə Yasin oğlu ərizənin təmin edilməsini xahiş edərək bildirmişdir ki, onlar mediasiyaya müraciət etmişdirlər. Qarşı tərəf gəlmədi, ondan sonra bir müddət məhkəməyə müraciət edə bilmədilər. Sonra da Yasamal rayon Məhkəməsinə müraciət etdilər. Orada da onlara bildirildi ki, Suraxanı rayon Məhkəməsinə müraciət etməlidirlər. Qeyd edir ki, barışıq sazişi bağlanıb. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarına nəzər salaraq, hesab edir ki, aliment məbləğinin indeksasiyası barədə ərizə təmin edilməməlidir. Suraxanı rayon Məhkəməsinin 2(010)-3387/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X9 ilə cavabdeh Borclu arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 118 saylı nikah qeydinin ləğv edilməsi, xx.xx.2017-ci il təvəllüdlü X8 anası X6 yanında saxlanılması, cavabdeh Borclu xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 13 aprel 2018-ci il tarixindən başlayaraq hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin iddiaçı X6 xeyrinə tutulması və.s qət edilmişdir. İş materiallarında olan Bakı 4 saylı Mediasiya Təşkilatının X1 vasitəsilə Tələbkar və Borclu arasında aşağıdakı məzmunda xx.xx.2022-ci il tarixli MŞB/4-00452 nömrəli Barışıq Sazişi bağlanmışdır: Barışığın şərtləri: 2.1.X12 Tərəfə övladı xx.xx.2017-ci il doğum tarixli X8 yetkinlik yaşına çatana qədər xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın sonu 202 azn ödəməyi öz öhdəsinə götürür. X10 bank kart hesabına köçürüləcək. Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞB/18/2024-00525 nömrəli “X5 iştirak edilməməsi barədə” arayışın sürətindən görünür ki, tərəflər arasında mediasiya işi açılmış, xx.xx.2024-cü il tarixə təyin edilmiş X5 Tələbkar iştirak etmiş, Borclu isə X5 iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı Borclu tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc, 5 manat kargüzarlıq xərci ödənilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddələrinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə görə, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, məhkəmənin qətnaməsi ilə Borclu X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Tələbkar xeyrinə alimentin tutulması qət edilmiş, daha sonra isə tərəflər arasında mediasiya vasitəsilə xx.xx.2022-ci il tarixli MŞB/4- 00452 nömrəli barışıq sazişi bağlanılmış, tərəflər aliment məbləği və ödənilməsi şərtləri ilə bağlı razılığa gəlmişlər. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli MŞB/4-00452 nömrəli barışıq sazişində sabit pul məbləğində alimentin tutulması ilə bağlı şərt tərəflərin razılığından asılı olaraq konkret rəqəmlə - 202 manat məbləğində ifadə edilmişdir. Tərəflər həmin sazişdə tutulan alimentin məbləğini konkret rəqəmlə ifadə etdiklərindən və bu məbləğin sonrakı indeksasiyası sazişdə nəzərdə tutmadıqdan, məhkəmə tərəfindən bu saziş üzrə aliment indeksasiya edilərək minimum əmək haqqının mislinə çevrilməsi tərəflərin iradə ifadəsinə zidd olduğundan, yolverilməzdir. Qeyd edildiyi kimi, məhkəmə tərəfindən aliment məbləğinin indeksasiya edilməsi yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda mümkündür. Bu səbəbdən, barışıq sazişinə əsasən tutulan aliment məbləğinin icraya nəzarət edən məhkəmə tərəfindən indeksasiyasiyası nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, tələb “tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası” formasında deyil, “alimentin artırılması” formasında olmalıdır. Həmin tələbə icra icraatı qaydasında deyil, iddia icraatı qaydasında məhkəməyə ümumi qaydada müraciət edildikdə baxılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, tələbkar (ərizəçi) Tələbkar alimentin indeksasiyası barədə ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar (ərizəçi) Tələbkar alimentin indeksasiyası barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar