Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-4/2025 27.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X1 “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair” şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-3063/2024 nömrəli icra sənədinin icrası ilə əlaqədar Suraxanı rayon İcra şöbəsinin icra məmuru Vüsal Əliyevin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu X5 şikayətini belə əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi) 2(010)-3063/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiam təmin edilmiş, iddiaçı X4 məxsus olan ünvan 1 ünvanında yerləşən 0,0290 kv.m olan torpaq sahəsinin hasara alınmasında cavabdehlər Borclu1 və Borclu2 tərəfindən yaradılan maneələr onlara qadağan olunsun, cavabdehlərin hesabına - iddiaçıya məxsus həmin torpaq sahəsinin ətrafına əkilmiş ağaclar həmin torpaq sahəsindən çıxarılsın, qaz borusunun yeri dəyişdirilsin və torpaq sahəsinə tökülmüş mişar daşları götürülsün qət edilmişdir. İş icra üçün Suraxanı İcra şöbəsinə göndərilmiş, burada həmin işlə Vüsal adlı icraçı məşğul olmuşdur. Qətnamə icra olunmadığına baxmayaq, icraçı Vüsal, icra şöbəsinin rəisi Nazim adlı şəxs, eləcə də Baş İdarədən Kamil adlı əməkdaşlar bildirmişlər ki, qətnamə icra olunub və işə xitam verilib. Qətnamə tam icra olunmayıb, belə ki, hasarın çəkilməsinə maneçilik qalıb, daş götürülməyib. Yuxarıda göstərilənlərə əsasən qətnamənin icrasının təmin edilməsini xahiş edirəm. Özü İ Qarabağ müharibəsi qazidir, qətnamənin icrası üçün ondan pul tələb edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar, borclu və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. X2 əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmiş ki, o, heç kəsin torpaq sahəsini zəbt etməmiş, əksinə Borclu1 onun torpaq sahəsini zəbt edib. Onun və borcluların torpaq sahələri arasında bölgünün aparılması üçün mütəxəssis dəvət edilmiş, ərazi ölçülmüş və koordinatlar müəyyən edilmişdir. Mişar daşları götürülmüş, ağaclar hamısı quruyub, lakin hələ qaz borusu götürülməmişdir. Borclu1 əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmiş ki, Bakı şəhəri Suraxnaı Rayon İcra Şöbəsinin icra nümayəndəsi gəlmiş, hasar sökülmüşdür. Mütəxəssis dəvət edilməliydi ki, torpaq sahələri arasında ədalətli və düzgün bölgü aparılsın. Daha sonra mütəxəssislər gəlmiş və koordinatlar müəyyən edilmiş, qaz borusu da axşama kimi götürüləcək. Şikayətə əlavə olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 2(010)-3063/ 2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 53 ünvanında yerləşən X2na məxsus 0.0290 kv.m torpaq sahəsinin sərhədlərini müəyyən etmək Daşınmaz Əmlakın Reyestr xidmətinin mütəxəssisi Trimble SPS aparatı ilə torpaq sahəsinin sərhədlərini müəyyən etdi. Müəyyən edilmiş sərhədlər tərəflərə bildirilərək müsusi məhlul vasitəsilə çizildi. Aktı icra məmurları ilə yanaşı, tələbkar və borclu da imzalamışdır. Məhkəmə qeyd edir ki, tərəflərin izahatından və iş materiallarından məlum olur ki, icra məmuru tərəfindən bir sıra zəruri icra hərəkətlərinin həyata keçirilməsinə baxmayaraq, tələbkar və borclu arasında torpaq bölgüsünün düzgün aparılmaması ilə bağlı fikir ayrılığı olmuş, hər iki tərəf mütəxəssisin cəlb edilməsini tələb etmiş və mütəxəssis tərəfiindən bölgü müəyyən olunmuş və tərəflər razılaşmışdır. Göründüyü kimi icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı kifayət qədər tədbir görülmüşdür. Bu baxımdan məhkəmə hesab edir ki, tələbkarın icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayəti əsassız olmaqla formal mülahizələr üzərində qurulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair” şikayəti rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №8(010)-4/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-4/2025
27.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver