Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-401/2022 27.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, icra sənədi üzrə Tələbkar, icra sənədi üzrə borclu X2 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-439/2021 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə borclu X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İcra sənədi üzrə borclu X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-439/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə xx.xx.2023-cü il tarixə ödənilməli olan 11677 (on bir min altı yüz yetmiş yeddi) manat məbləğində pul vəsaitinin ayda 250 (iki yüz əlli) manat olmaqla hissə-hissə icra edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnaməsinin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş üzrə icra məmuruna məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilsə də, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə borclu X4 ərizəsini müdafiə edərək bildirdi ki, tələbkarın xeyrinə ödənilməli olan 15030 manat borc məbləğindən 4000 manat ödəmiş, yerdə qalan məbləği isə maddi imkansızlıq səbəbindən tam olaraq ödəyə bilmir. O, 544,48 manat pensiya almağına və Azərbayan Texniki Universitetində müqavilə üzrə “böyük lobarant” vəzifəsində işləməklə 440 manat əmək haqqı almağına baxmayaraq bu məbləğlərdən ay sonunda ona cəmi 90 manat pul qalır. Belə ki, aldığı pensiyanın 250 manatı və əmək haqqının 125 manatı kredit borclarına tutulur. Geridə qalan məbləğlər isə icra məmurunun adı çəkilən qətnamə üzrə borc məbləğinə yönəldilməsi nəticəsində iddiaçı Tələbkar xeyrinə tutulur. Ərizəsi təmin olunacağı təqdirdə, 1 il ərzində borcundan hər ay 250 manat ödəniş edərək, sonradan borcunu tamamilə bağlayacaqdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Tələbkar ərizə ilə razılaşmayaraq bildirdi ki, qətnamə qəbul olunduqdan sonra təxminən 2022-ci ilin əvvəllərində hər ay 200 manat ödənilməsi barədə tərəflə razılaşmışlar. Lakin bundan 7-8 ay sonra borclu ödəniş etməkdən imtina etmiş və bu səbəblə o, ərizə ilə icra şöbəsinə müraciət edərək, tələbin həm borclunun pensiyasına, həm də əmək haqqında tutulmasını xahiş etmişdir. Hazırda onun pensiyasından 272 manat, əmək haqqından isə 222 manat pul tutulur. Göründüyü kimi borclu daima onu aldadır və borcun ödənilməsindən yayınmağa cəhd göstərir. Buna görə də qeyd olunanların nəzərə alınaraq ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-439/2021 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Tələbkar cavabdeh X3 qarşı “pul tələbinin və mənəvi zərərin tələb edilməsi” tələbinə dair iddia qismən təmin edilərək, cavabdeh X1 15000 (on beş min) manat məbləğində pulun iddiaçı Tələbkar xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-439/2021 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2021-ci ildə icra olunması üçün müvafiq İcra şöbəsinə göndərilmişdir. Qanunvericiliyin tələbinə görə işə baxmış hakim qətnaməni hissə-hissə icra etdirməyə dair məsələyə baxarkən tərəflərin, yəni borclu ilə yanaşı həm də tələbkarın əmlak vəziyyətini və digər halları nəzərə almalıdır. Məhkəmə araşdırması zamanı və icra işi materiallarından müəyyən olunmuşdur ki, borcluya borcun könüllü ödənilməsi barədə bildiriş xx.xx.2021-ci il tarixdə rəsmən imza etdirməklə təqdim edilmiş, lakin borclu tərəfindən könüllü qaydada ödəniş edilməmişdir. Həmçinin, qətnamə icraya yönəldilməsinə baxmayaraq, borclu tərəfindən ötən 2 ilə yaxın müddət ərzində cəmi 3050 manat ödəniş olunmuş və 11950 manat məbləğində borc qalmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-663/2021 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X5 icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuş və həmin gün 1000 manat məbləğində ödəniş etdiyi üçün başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Göründüyü kimi borclu qətnamənin icrasından qərəzli şəkildə yayınaraq borcunu ödəmir və sadəcə olaraq məhkəmə iclası olan gün ödəniş etməklə məsuliyyətdən yayınmağa çalışmışdır. Bundan əlavə, borclunun hər ay ödəniş etməsini istədiyi 250 manatla qalıq 11950 manat məbləğində borc təxminən 47 aya, yəni təxminən 4 ilə yekunlaşacağı və həmçinin, tələbkar qətnamənin hissə-hissə icrası ilə razılaşmadığı üçün onun mənafeyinin kobud şəkildə pozulması ilə nəticələnəkdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Ərizəni əsaslı saymayan məhkəmə Tələbkar mənafeyini də nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə rədd edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(010)-401/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-401/2022
27.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver