Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-411/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Tələbkar Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/8/2024- 01651 saylı barışıq sazişi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/8/2024- 01651 saylı barışıq sazişi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1930/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsi və aralarında bağlanmış xx.xx.2024-cü il tarixli “Barışıq Sazişi” ilə təyin edilmiş alimentin məbləğini indeksasiya edilərək (artırılaraq) xx.xx.2018-ci il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü imranlı Ömər Rahim oğlunun yetkinlik yaşına çatanadək saxlanmaları üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müəyyən mislinə uyğun sabit pul məbləğində alimentin tələbkarın xeyrinə tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar xx.xx.2025-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, müraciətindən imtina etdiyindən işə baxılmasınn dayandırılmasını xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə SMS xəbərdarlıq göndərilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iş üzrə verdiyi ərizənin baxılmamış saxlanılması barədə məhkəməyə ərizə təqdim etdiyindən həmin ərizə baxılmamış saxlanılmalı və iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar ərizəsi təmin edilsin. Tələbkar Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/8/2024- 01651 saylı barışıq sazişi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyasına dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №8(010)-411/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-411/2025
29.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver