Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-417/2025 01.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rübabə Nurulla qızı Qafarovanın sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, X1 nümayəndəsi (vəkili) Vəkil, X2 iştirakı ilə, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-2397/2023 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə X1 nümayəndəsi (vəkili) Vəkil ərizəsinə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 2397/2023 nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X12 ilə hər həftənin bazar günü saat 10:00-dan 20:00-dək və Yeni il və Novruz bayramında istirahət günlərinin sonuncu günü saat 10:00-dan 20:00-dək cavabdeh X5 iştirakı olmadan sərbəst şəkildə ünsiyyətdə olmaq hüququ (görüş) verilmişdir. Hazırda ərizəçi X8 qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2397/202 nömrəli, xx.xx.2023-cii il tarixli qətnaməsinə əsasən Tələbkar xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X12 ilə hər həftənin bazar günü saat 10:00-dan 20:00-dək və Yeni il və Novruz bayramında istirahət günlərinin sonuncu günü saat 10:00-dan 20:00-dək cavabdeh X5 iştirakı olmadan sərbəst şəkildə müəyyən edilmiş ünsiyyət qaydasının dəyişdirilərək hər həftənin bazar günü saat 10:00-dan 13:00-dək və Yeni il və Novruz bayramında istirahət günlərinin sonuncu günü saat 12:00-dan-17:00-dək müəyyən edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2397/202 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (sədrlik edən Rübabə Qafarova) ilə Tələbkar xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X12 ilə hər həftənin bazar günü saat 10:00-dan 20:00-dək və Yeni il və Novruz bayramında istirahət günlərinin sonuncu günü saat 10:00-dan 20:00-dək cavabdeh X5 iştirakı olmadan sərbəst şəkildə ünsiyyətdə olmaq hüququ (görüş) verilməsi qət edilmişdir. Son zamanlar ataları ilə ünsiyyət uşaqlara psixoloji travma vurur, uşaqların tam hüquqlu fiziki və emosianal inkişafına mane olur. Belə ki, ataları onları bütün əyləncələrdən məhrum edib, övladlarının idman rəqsləri yarışında iştiraklarına mane olur, məktəbdə olan uğurları və problemləri ilə maraqlanmır, bir sözlə övladlarına əhəmiyyət vermir və nəticədə hər görüşdən sonra uşaqlar mənəvi sarsıntı və iztirablar keçirirlər, bu günə kimi onlarda daim inamsızlıq, narahatlıq, məyusluq hissləri, stres və qorxu müşahidə edilir. Belə ki, tələbkar ona verilmiş ünsiyyət zamanı uşaqları ilə birgə zaman keçirməli, onlarla valideyn-övlad münasibətlərinin qırılmaması üçün cəhdlər etməli olduğu halda uşaqları götürən kimi evdə öz anasının yanında qoyub işləri ilə məşğul olmağa getməkdədir. Həmin evdə olduqda da uşaqların heç bir istəyi təmin olmur, qadağalar qoyulur və onlara daim ananın pis olması barədə psixoloji təsir edən cümlələr işlədilir. Bu səbəblərdən uşaqlar ünsiyyətdən çəkinirlər. Göründüyü kimi, tələbkar ona verilmiş ünsiyyətin həyata keçirilməsində maraqlı deyil və onun bu hərəkətləri ünsiyyətlə bağlı iddianı qaldırmaqda məqsədinin anaya problem yaratmaqdan ibarət olmasını təsdiq etmişdir. Belə olan halda hesab edir ki, ünsiyyət hüququna dair qərar qəbul edən məhkəmə uşaqların mənafeyini müdafiə etməklə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2397/202 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Tələbkar xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X12 ilə hər həftənin bazar günü saat 10:00-dan 20:00-dək və Yeni il və Novruz bayramında istirahət günlərinin sonuncu günü saat 10:00-dan 20:00-dək cavabdeh X5 iştirakı olmadan sərbəst şəkildə müəyyən edilmiş ünsiyyət qaydasının dəyişdirilərək hər həftənin bazar günü saat 10:00-dan 13:00-dək müəyyən edilməsi barədə qərardad çıxarmalıdır. X1 nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən xx.xx.2016-cı il təvəllüdlü X9 bildirmişdir ki, anası ilə birgə yaşayır. 4-cü sinifdə təhsil alır. Ən sevdiyi fənn riyaziyyat fənnidir. Dərslərini yaxşı oxuyur. Atasıgildə qalmaq istəmir, çünki atası ona anası barədə yaxşı sözlər demir. Orada demək olar ki, tək olur, öz özünə oynayır, ya yatır, ya da telefonla oynayır. Evdə ondan başqa bibisi uşaqları, 7 yaşlı oğlan və 2 yaşı qız da var. Elə olur ki, atası onu evə gətirdikdən sonra çıxıb gedir. Əksər vaxtlar evdə olur, 2 dəfə olub ki, atası onu parka aparıb. Nəsə istəyən kimi atası pulu yoxdur deyir. Ona qışqırdığı üçün atasından qorxur. 10 dəqiqə televizora baxan kimi nənəsi deyir ki, indi də mən baxıram. Piano çalmaq istəyəndə də nənəsi səs salma başım ağrıyır deyir. Atası onu yarışmalara və dərsə getməyə qoymur, nənə babası isə onunla oynamırlar. Babası əksər vaxtı dərsdə olur. Ərizəni və iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, icra üsulunun dəyişdirilməsi barədə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. 231.1 İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il 15 saylı Qərarının 3.1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. Həmin Qərarın 3.2-ci bəndində qeyd edilmişdir ki, bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Hazırki ərizəni, iş üzrə tərəflərin övladı Kərimin izahatını nəzərə alaraq, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında sərgilənən yanaşmanı və ən əsası tərəflərin övladı Kərim və Səidin üstün və haqlı mənafeyini rəhbər tutaraq, məhkəmə hesab edir ki, Tələbkar azyaşlılar ilə ünsiyyət hüququnun təmin edilməsi üçün hər həftənin bazar günləri saat 10:00-da xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X12 onların yaşayış yeri üzrə X7 tərəfindən Tələbkar təhvil verilməli, həmin gün saat 13.00-da isə Kərim və Səid adlı uşaqlar ataları Tələbkar tərəfindən eyni ünvanda (uşağın yaşadığı ünvanda) X6, Yeni il və Novruz bayramında istirahət günlərinin sonuncu günü saat 12:00-da xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X12 onların yaşayış yeri üzrə X7 tərəfindən Tələbkar təhvil verilməli, həmin gün saat 17.00-da isə Kərim və Səid adlı uşaqlar ataları Tələbkar tərəfindən eyni ünvanda (uşağın yaşadığı ünvanda) X6 təhvil verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-2397/2023 nömrəli qətnaməsinin icra üsulu dəyişdirilsin. Tələbkar azyaşlılar ilə ünsiyyət hüququnun təmin edilməsi üçün hər həftənin bazar günləri saat 10:00-da xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X12 onların yaşayış yeri üzrə X7 tərəfindən Tələbkar təhvil verilməli, həmin gün saat 13.00-da isə Kərim və Səid adlı uşaqlar ataları Tələbkar tərəfindən eyni ünvanda (uşağın yaşadığı ünvanda) X6, Yeni il və Novruz bayramında istirahət günlərinin sonuncu günü saat 12:00da xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X12 onların yaşayış yeri üzrə X7 tərəfindən Tələbkar təhvil verilməli, həmin gün saat 17.00-da isə Kərim və Səid adlı uşaqlar ataları Tələbkar tərəfindən eyni ünvanda (uşağın yaşadığı ünvanda) X6 təhvil verilsin. Qərardaddan 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №8(010)-417/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-417/2025
01.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver