Məhkəmə qərarları › İş №8(010)-42/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-42/2024

12.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-42/2024 12.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-3564/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə Borclu məcburi qaydada Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə gətirilməsi barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin böyük icra məmuru Nicat Vəlizadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin böyük icra məmuru N.Vəli zadə təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3564/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Borclu 2100 (iki min bir yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu tutularaq Tələbkar xeyrinə tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar Borclu dəfələrlə icra şöbəsinə dəvət olunmasına baxmayaraq icra məmurunun çağırışı ilə icra şöbəsinə gəlməmiş, tələbkara olan borcunu hal-hazıradək ödəməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Odur ki, məhkəmədən xx.xx.1994-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Suraxanı rayon İcra şöbəsinə məcburi gətirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərə və Suraxanı rayon İcra Şöbəsinə məhkəmə iclası barədə məlumat verməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, icra sənədi üzrə borclunun məcburi qaydada gətirilməsinə dair icra məmurunun təqdimatı əsaslıdır və təmin edilməlidir. Belə ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-3564/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 2100 (iki min bir yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Həmin icra vərəqəsi icraya yönəldilmiş və icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsində icraata başlanılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çagırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.3-ci maddəsinə əsasən həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin böyük icra məmuru tərəfindən Borclu xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclu barəsində məcburi gətirilmə növündə məcburiyyət tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Suraxanı rayon İcra şöbəsinin böyük icra məmuru N.Vəli zadənin təqdimatı təmin edilsin. Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-3564/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə ünvan 3 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Bakı Şəhəri Suraxanı rayon İcra şöbəsinə gətirilsin. Qərardadın icrası Suraxanı rayon İcra şöbəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar