Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-43/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almuradov Ülvi Ramiz oğlunun katibliyi ilə X1 Suraxanı Rayon İcra şöbəsinin ica məmuru Elşən Mirzəyevin e288152/2022- 18-23-00 saylı qərarının ləğv olunmasına dair şikayətinə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 məhkəməyə şikayətlə müraciət edərək, Suraxanı Rayon İcra şöbəsinin ica məmuru Elşən Mirzəyevin e288152/2022-18-23-00 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Suraxanı Rayon İcra şöbəsinin icra məmuru Elşən Mirzəyev icraat başlamaq haqqında qərar qəbul etmişdir. Həmin qərara əsasən, tələbkar ABC Telecom MMC-nin xeyrinə 1741 manat pul vəsaiti və 37.41 manat dövlət rüsumun tutulması müəyyən edilmişdir. O, Suraxanı Rayon İcra şöbəsinin icra məmuru Elşən Mirzəyevin qərarından narazıdır. Hesab edir ki, qərar qanunsuz və əsassızdır, şikayəti məhkəmə tərəfindən təmin olunmalıdır. Belə ki, Suraxanı Rayon Məhkəməsi iddiaçı ABC Telecom MMC-nin ona qarşı qaldırdığı iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, iddiaçının iddiasını tam təmin edərək və səhv qətnamə qəbul edərək onun hüquqlarını pozmuş olmuşdur. Qeyd edir ki,heç bir mühasibatlıq ekspertizası keçirilmədən iddiaçının iddiasını tam təmin etmişdir. Bununla bağlı o, qətnamədən apellyasiya şikayəti versə də, lakin Bakı Apellyasiya Məhkəməsi Suraxanı Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Qeyd edir ki, ABC Telecom MMC-ilə bağladığı kredit müqavilələri üzrə onun üzərinə düşən öhdəlikləri o, vicdanla yerinə yetirərək ödənişləri vaxtı-vaxtında ödəmişdir. Ancaq Respublika ərazisində karantin olduqdan sonra onun maddi vəziyyəti çox pisləşmiş və buna görə qalıq ödənişlərini ödəyə bilməmişdir. Üzrlü səbəbləri iddiaçı nəzərə almadan və ona xəbərdarlıq etmədən məhkəmədə iddia qaldırmışdır. O, dəfələrlə iddiaçıya bildirmişdir ki, o, ödənişləri etməkdən boyun qaçırmır, sadəcə işlə təmin olunub hissə-hissə ödəyə bilər, amma ABC Telecom MMC buna məhəl qoymamışdır. Həmin vaxt eyni zamanda həyat yoldaşı ağır xəstə olduğundan bütün ailənin yükü onun üzərinə düşmüşdür. X2 teleqramla məhkəməyə müraciət edərək, hazırki məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və iclasının təxirə salınmasını xahiş etmişdir. Şikayətçi üzrlü səbəbin nədən ibarət olmasını bildirməmişdir. Şikayətin baxılma yeri və vaxtı haqqında tələbkar və icra məmuruna lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında qərar”dan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2666/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, X2ndan icra sənədində göstərilən tələbi 10 gün müddəti ərzində könüllü şəkildə icra etməsi xahiş olunmuş, əks təqdirdə isə icra sənədi üzrə məcburi icra hərəkətləri həyata keçiriləcəyi və bununla bağlı xərclərin borcludan tutulacağı bildirilmişdir. “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə hesab edir ki, qeyd olunan icra sənədi üzrə icra icraatı çərçivəsində icra məmurunun hərəkətləri icra haqqında qanunvericiliyin tələblərinə uyğun olmuşdur və ona görə də, şikayət əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Suraxanı Rayon İcra şöbəsinin ica məmuru Elşən Mirzəyevin e288152/2022-18- 23-00 saylı qərarının ləğv olunmasına dair şikayəti təmin edilməsin. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №8(010)-43/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-43/2023
22.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver