Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-439/2024 20.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-69/2024 saylı, 09 yanvar 2024-cü il tarixli icra sənədi üzrə “borclunun əmlakı üzərinə həbs qoyulması” barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəli zadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təqdimatın məzmunu
1. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəli zadə təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədi ilə, Borclu məxsus “MİTSUBİSHİ GRANDİS” minik markalı, **-NC-*** və “Vaz 21053” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir.
Təqdimatın dəlilləri
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-69/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 28000 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Mitsubishi Grandis” minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı və "Vaz 21053" minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.
Tərəflərin izahatları
3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikası Konstitusiyası Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
5. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 43. Məcburi icra tədbirləri 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi Maddə 44. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Maddə 45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Maddə 50. Borclunun əmlakı üzərinə həbs qoyulması 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.
Məhkəmənin mövqeyi
6. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdə keçirərək, hesab edir ki, təqdimat təmin edilməlidir.
7. Təqdimatdan və icra işi materiallarından məlum oldu ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-69/2024 saylı, 09 yanvar 2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə qərar və könüllü icra barədə bildiriş borclu tərəfindən rəsmi şəkildə qəbul edilmişdir. Bundan sonra, icra vərəqəsi üzrə tələbin icrasını təmin etmək üçün borclunun əmlakının axtarılması barədə qərar qəbul edilmiş və borclunun mülkiyyətində “Mitsubishi Grandis” minik markalı, **-NC-*** və “Vaz 21053” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin olması müəyyən olunmuşdur. Göstərilənlərə əsasən və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq borclu tərəfindən icra sənədinin icrası təmin olunmadığı üçün məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Borclu mülkiyyətində olan “MİTSUBİSHİ GRANDİS” minik markalı, **-NC-*** və “Vaz 21053” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmalıdır.
8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-69/2024 saylı, 09 yanvar 2024-cü il tarixli icra sənədi üzrə “borclunun əmlakı üzərinə həbs qoyulması” barədə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəli zadənin təqdimatı təmin edilsin. Borclu mülkiyyətində olan “Mitsubishi Grandis” minik markalı, **-NC-*** və “Vaz 21053” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.