Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-44/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1952/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclunun məcburi gətirilməsi barədə təqdimata baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1952/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Suraxanı rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-1952/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 9118.89 manat məbləğində pul vəsaiti və 111.19 manat dövlət rüsumu tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar tərəflərindən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. İş üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin olunmalı, Borclu məcburi olaraq Suraxanı İcra şöbəsinə gətirilməlidir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1952/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Borclu xx.xx.2022-ci il tarixli kredit sifarişi üzrə 7730.86 manat əsas borc, 1021.66 manat faiz borcu, 366.37 manat cərimə borcu, cəmi 9118.89 manat məbləğində borc və 111.19 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar QSC-yə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-1952/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, icra məmuru tərəfindən icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və icraya başlamaq barəsində qərarın surəti tələbkarın qeydiyyatda olduğu ünvana məlumat göndərilmişdir. xx.xx.2024-cü il tarixində e-2(010)-1952/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün Borclu bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci mаddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər (m. 84.3.). Qanunvericiliyin yuxarıda qeyd olunan müddəlarını və işin faktiki hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat təmin olunmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün fiziki şəxslər üçün məcburidir və Borclu istisna deyil. Eyni zamanda, bu tələblərini yerinə yetirməyən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bu səbəbdən də, qanuni qüvvəyə minmiş Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 1952/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icra edilməli olan hərəkətlərin icrasından üzrsüz səbəbdən yayınan Borclu barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1952/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1964cü ildə anadan olmuş borclu Babayev X1 rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №8(010)-44/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-44/2025
23.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver