Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-468/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Təqdimatı vermiş icra məmuru X1, Tələbkar X2 iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5185/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin icra məmuru X4 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-5185/2022-009 nömrəli, xx.xx.2022-cü il tarixli icra sənədinə Borclu 18 dekabr 2011-ci il təvəllüdlü X6, 17 sentyabr 2014-cü il təvəllüdlü X7 və 03 noyabr 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Alimentin tutulması müddəti 27 oktyabr 2022-ci il tarixdən müəyyən edilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. Lakin, müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Tələbkar Qədirova (Məmmədova) Şəbinə Aydın qızı ərizə ilə müraciət edərək aliment borcunun 13950 manat təşkil etdiyini bildirmişdir. Hesab edilir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında təqdimatı vermiş icra məmuru X4 bildirmişdir ki, məbləğ artıb deyə yeni təqdimatla müraciət etmişdirlər, məhdudiyyət həmin şəxsə qoyulmayıb. Təqdimatın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X8 təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu şikayətə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə olunmuş sənədləri və icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Suraxanı rayon Məhkəməsinin 2(010)-5185/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu 18 dekabr 2011-ci il təvəllüdlü X6, 17 sentyabr 2014-cü il təvəllüdlü X7 və 03 noyabr 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-5185/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icraata başlamaq haqqında qərar barədə məlumat borclunun ünvanına bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Borclu tərəfindən verilmiş izahatdan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-5185/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, 3 uşağın saxlanılması üçün ondan hər ay 450 manat aliment tutularaq Tələbkar verilməlidir. Bununla əlaqədar qeyd etmək istəyir ki, məhkəmə qərarı ilə tanış olmuşdur. Bu gün 900 manat aliment borcu var, borcunu ödəyə bilmir. Tələbkar X8 məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, Borclu barəsində axtarış, ölkədən giriş-çıxışına məhdudiyyətin qoyulmasını xahiş etmişdir. Səbail Rayon Polis İdarəsi tərəfindən Suraxanı rayon icra şöbəsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, xx.xx.1984-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu barəsində Səbail Rayon Polis İdarəsində xx.xx.2023-cü il tarixli 21041/23 nömrəli axtarış elan edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 8(010)-145/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə icra məmurunun təqdimatı təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 5185/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr.129 ünvanda qeydiyyatda olan Borclu borcu tam ödənilənədək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəlləsinin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-cı maddəsinə əsasən, vətəndaşın ölkədən getmək hüququ məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək məhdudlaşdırıla bilər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci mаddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.1-ci bəndinə əsasən məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 2(010)-5185/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün Borclu borcu tam ödənilənədək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmənin 8(010)-145/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı vardır. Belə olan halda, hesab edilir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair məhkəmənin ləğv edilməmiş və qanuni qüvvəyə minmiş qərardadı mövcud olduğundan, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ikinci dəfə qərarın qəbul edilməsi əsassızdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5185/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5185/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №8(010)-468/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-468/2025
01.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver