Məhkəmə qərarları › İş №8(010)-471/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-471/2025

25.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-471/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Borclu X2, Borclu, Tələbkar iştirakı ilə, İddiaçı Tələbkar cavabdehlər X4 və Borclu qarşı “pul” tələbinə dair mülki iş üzrə borclu X3 borcun hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : İddiaçı Tələbkar cavabdehlər X4 və Borclu qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Borclu 30698 ABŞ dolları və 9000 manat pul vəsaitinin və ödənilmiş 274 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-83/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 25000 (iyirmi beş min) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 7000 (yeddi min) manat pul vəsaiti tutularaq iddiaçı Tələbkar ödənilməsi, cavabdeh Borclu 5200 (beş min iki yüz) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar ödənilməsi və cavabdehlər X1 və Borclu 274 (iki yüz yetmiş dörd) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı Tələbkar ödənilməsi və ekspertiza tədqiqatının dəyəri –110 (bir yüz on) manat X1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Borclu X5 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-83/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən ödənilməli olan borcun hər ay 4000 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu X5 ərizəni müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-83/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 25000 (iyirmi beş min) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 7000 (yeddi min) manat pul vəsaiti tutularaq iddiaçı Tələbkar ödənilməsi, cavabdeh Borclu 5200 (beş min iki yüz) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar ödənilməsi və cavabdehlər X1 və Borclu 274 (iki yüz yetmiş dörd) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı Tələbkar ödənilməsi və ekspertiza tədqiqatının dəyəri –110 (bir yüz on) manat X1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Hal-hazırda borcun bir hissəsi onun tərəfindən ödənilmiş və icra sənədi üzrə 49000 manat məbləğində borcu qalmışdır. Ümumi borc məbləği çox olsa da, 10000 manatadək olan pul vəsaiti ödənilmiş, qalan məbləğ isə ödənilməmişdir. Özü hal-hazırda işləyir və aylıq əmək haqqı məbləği 1000 manatdır. Lakin yerdə qalan borcu birdəfəyə ödəmək imkanı yoxdur. Buna görə də mövcud olan borcun hər ay 4000 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəni müdafiə edərək bildirmişdir ki, Tələbkar ərizəsində göstərmişdiur ki, guya onlar icra məmurunun çağırışına gəlməkdən və borcun ödənilməsindən yayınırlar. Onun tərəfindən 8850 manat məbləğində pul vəsaiti tələbkara ödənilmişdir. Onlarda mövcud olan pul vəsaitinin hamısı Tələbkar ödənilmiş, lakin yerdə qalan borcu isə birdəfəyə ödəmək iqtidarında deyillər. Qeyd olunanlara əsasən qalan 49000 manat borcun hər ay 4000 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar izahat verərək bildirmişdir ki, X5 ona olan mövcud borcu ödəmək niyyətində deyildir. Belə ki, məhkəməyə müraciət etməmişdən öncə ona borcun ödənilməsi üçün üç il müddət vermişdir. Lakin həmin müddət ərzində ödəniş etməmişdir. İşin məhkəmədə olduğu müddət ərzində də borclu ödəniş təşəbbüsü göstərməmişdir. İş icraya göndərildikdən sonra Borclu tərəfindən ödəniş edilmişdir. X5 tərəfindən verilmiş son ərizəsində borcun 30 may tarixində ödəməsi haqqında qeyd etmişdir. İşlə bağlı verilmiş ekspert rəylərinə görə X2 70 000-100 000 manat dəyərində olan mülkləri vardır. Lakin verdiyi izahatında ona məxsus mülkün olmadığını, borcun maaşından tutulmasını bildirir. Onun mövcud olan borcu ödəmək niyyəti olmadığından ərizənin rədd olunmasını xahiş etmişdir. Suraxanı rayon İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təşkil etməmişdir. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizəyə İcra Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə borcluların və tələbkarın izahatını, o cümlədən iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş çeklərdən görünür ki, xx.xx.2025-ci il tarixdə 8850 manat və 500 manat məbləğində pul vəsaiti mədaxil olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə məhkəmə əmri haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə iş materillarına əlavə olunmuş çekləri nəzərdən keçirərək hesab edir ki, borclular pul vəsaitinin bir hissəsini tələbkara qaytarmış və tələbkara olan borcunu ödəmək niyyətində olduğunu, lakin həmin borcu birdəfəyə ödəmək iqtidarında olmadığını bildirmişdir. Bu halda məhkəmə borclunun maddi vəziyyətini, tələbkara olan borcunu ödəmək niyyətində olmasını və borcun müəyyən bir hissəsinin tələbkara ödənildiyini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-83/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X1 tutulmalı olan 25000 (iyirmi beş min) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 7000 (yeddi min) manat pul vəsaiti və 274 (iki yüz yetmiş dörd) manat məbləğində dövlət rüsumunun hər ay 4000 manat olmaqla hissə-hissə icra edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Ərizə təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-83/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X1 tutulmalı olan 25000 (iyirmi beş min) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 7000 (yeddi min) manat pul vəsaiti və 274 (iki yüz yetmiş dörd) manat məbləğində dövlət rüsumu hər ay 4000 (dörd min) manat olmaqla borclu X5 tərəfindən hissə-hissə icra edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar