Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-485/2024 08.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı Borclu (ərizəçi) X2 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Borclu (ərizəçi) X3 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, “Unibank Leobank”-banka 4900 manat məbləğində kredit borcu olduğunu, kredit borcunun aylıq ödənişinin 243.63 manat olduğunu bildirmişdir. Ailə vəziyyətinin aşağı olmasını, kirayə mənzildə yaşamasını, əlavə borclarının çox olmasını, aylıq məvacibinin aşağı olmasını səbəb göstərərək, kredit borcunu ayda 70 manat olacağı təqdirdə ödəyə biləcəyini bildirərək, aylıq ödənişinin azaldılmasını və qətnamənin hissə-hissə icra edilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən, onun məhkəmə icraatı mümkün deyildir. Ona görə də ərizə icraata qəbul edilməməli və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1.-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 150.3-cü maddəsinə əsasən, iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu ərizə ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət etsə də, hansı qətnamənin hissə-hissə icra edilməsini xahiş etdiyini göstərməmiş və qətnamənin surətini məhkəməyə təqdim etməmişdir. Ərizəçi qanunun tələblərinə əməl etməyərək, ərizəsində öz tələblərini, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları göstərməmiş və həmin sübutlar ərizəyə əlavə edilməmişdir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 267 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Borclu (ərizəçi) X2 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №8(010)-485/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-485/2024
08.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver