Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-486/2024 25.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Talıbova Leyla Oruc qızı, X1 borcun hissə-hissə icra olunması barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 borcun hissə-hissə icra olunması barədə ərizə ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək "xxxx" ASC tərəfindən cədvəl üzrə müəyyən edilmiş 387 manat 70 qəpik pulun məbləğinin dəyişdirilərək hər ay 150 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra X2 ərizə ilə məhkəməyə müraciət edərək ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Mülki Prossesual Məcəlləsinin 170.1.-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 13.4.-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə hesab edir ki, X2 ərizəyə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən və onun tərəfindən ərizənin geri qaytarılmasına dair ərizə verildiyindən ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 borcun hissə-hissə icra olunması barədə ərizəsi geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №8(010)-486/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-486/2024
25.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver