Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-49/2023 10.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi ilə, X1 ərizəsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 5233/2022 nömrəli qətnaməsi üzrə borcunun hissə-hissə ödənilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəm iclasında X2 bildirdi ki, həmin telefonu kreditə götürmüşdür. Məhkəmə qətnaməsi çıxdıqdan sonra hər ay 75 manat məbləğində pul ödəyir. Ailəlidir, iki övladı var və hər ikisi tələbədir. Aylıq maaşı 350 manat təşkil edir və dolana bilmirlər. Bu səbəbdən hesab edir ki, borc üzrə aylıq 40-50 manat ödənilməsi müəyyən edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar və icra məmuru məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verilməmişlər. Odur ki, məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizənin dəlillərini araşdırıb, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinin tələbinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Ərizəçinun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Məhkəmə qeyd edir ki, ərizəçi məhz ilk növbədə hissə-hissə icra edilməsini xahiş etdiyi məhkəmə qətnaməsini iş materiallarına əlavə etməmişdir. Məhkəmə qeyd edir ki, borcun borclunun qeyd etdiyi qaydada – hər ay 40-50 manat ödənilməklə borcun hissə-hissə icra edilməsi tələbkarın mənafeyi baxımından yolverilməzdir. Çünki, borclunun təklif etdiyi şəkildə borcun ödənilməsi qətnamənin icrasını uzun illər mümkünsüz etməklə yanaşı, həm də tələbkarın hüquq və mənafelərinin əsassız olaraq pozulmasına gətirib çıxaracaq. Məhkəmə hesab edir ki, borclunun gətirdiyi dəlillər əsassızdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 borcun hissə-hissə ödənilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №8(010)-49/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-49/2023
10.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver