Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-492/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1417/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 təqdimatına iş materialları ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təqdimatın məzmunu Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin icra məmuru X4 məhkəməyə təqdimat verərək, məhkəmədən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(010)- 1417/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1981-ci ildə anadan olmuş Borclu 27826.57 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlər icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Beləliklə, icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Tərəflərin izahatları İcra sənədi üzrə Tələbkar məhkəməyə teleqram ünvanlayaraq, icra sənədi üzrə borclu tərəfindən heç bir ödəniş aparılmadığını bildirmiş və məhkəmədən təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş e-2(010)-1417/2024 nömrəli icra vərəqəsindən müəyyən olunur ki, cavabdeh X3 25000 manat, həmin məbləğə illik 5%-lə hesablanmış 2353.97 manat, dövlət rüsumuna görə ödənilmiş 172.06 manat və müdafiəçiyə hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Tələbkar ödənilməlidir. xx.xx.2024-cü il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərardan müəyyən olunur ki, Borclu 27826.57 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar xeyrinə ödənilməsinə dair icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. İcra işinin materiallarına əlavə edilmiş Borclu tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş izahatda qeyd edilmişdir ki, əmək haqqından banka olan borcu borcu tutulduğundan icra sənədi üzrə heç bir ödəniş edə bilməmişdir. Təyin olunmuş borc məbləğini ödəmədiyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb edilmə imkanı ona məlumdur. İcra sənədi üzrə hər hansı vəsait ödəyə bilmir. xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Borclu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-1417/2024 nömrəli icra sənədini üzrsüz səbəbdən hazıradək icra etməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Xidmətinin rəisi Vidadi Məmmədova xx.xx.2024-cü il tarixdə ünvanlanmış məktubdan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-1417/2024 nömrəli icra sənədinə əsasən, Borclu 25000 manat, həmin məbləğdən illik 5% hesablanmış 2353.97 manat, dövlət rüsumuna görə ödənilmiş vəsaitdən 172.06 manat və müdafiəçiyə hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaiti alınaraq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir. xx.xx.2024-cü il tarixdə borclu icra şöbəsinə gəlmiş, ona qərar və bildiriş şəxsən təqdim edilmişdir. xx.xx.2024-cü il tarixdə borclu şöbədə verdiyi izahatında təyin olunmuş borcu birdəfəlik ödəyə bilmədiyini, borcunu yalnız hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. xx.xx.2024-cü il tarixdə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir. Borclu barəsində məlumatlar elektron icra sisteminə inteqrasiya edilmiş, borclunun mülkiyyətində tələbin yönələ biləcəyi əmlak aşkar edilməmiş, lakin "xxxx" MMC-də satış üzrə əczaçı işlədiyi müəyyən edilmişdir. Borclu "xxxx" BOKT MMC qarşısında borc tələbinə dair icra vərəqəsi hazırda şöbənin icraatındadır. "xxxx" BOKT MMC-yə olan borc tələbi sonuncunun əmək haqqısına xx.xx.2024-cü il tarixdə yönəldiyi səbəbindən hazırkı tələb üzrə borclunun əmək haqqından tələbkarın xeyrinə hər hansı bir tutulma aparıla bilmir. xx.xx.2024-cü il tarixdə borclu icra şöbəsinə dəvət edilmiş, ona icra sənədinin mahiyyəti və tələbi təkrarən izah olunaraq izahatı alınmışdır. Borclu izahatında təyin olunmuş borcu maddi imkanı aşağı olduğundan tam olaraq ödəyə bilmədiyini, borcunu yalnız hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. xx.xx.2024-cü il tarixdə Borclu İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün Suraxanı Rayon Məhkəməsinə təqdim olunmuşdur. Suraxanı Rayon Məhkəməsi tərəfindən borclu inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İcra sənədi nəzarətdə saxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 28. Azadlıq hüququ. I. Hər kəsin azadlıq hüququ vardır. II. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Maddə 129. Məhkəmə qərarları və onların icrası I. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Maddə 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi Maddə 9.3.6. Vətəndaşın ölkədən getmək hüququ məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək məhdudlaşdırıla bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir Maddə 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmənin mövqeyi Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri, həmçinin icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimatdan və icra işinin materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş e-2(010)-1417/2024 nömrəli icra vərəqəsindən müəyyən olunur ki, cavabdeh X3 25000 manat, həmin məbləğə illik 5%lə hesablanmış 2353.97 manat, dövlət rüsumuna görə ödənilmiş 172.06 manat və müdafiəçiyə hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmiş və icraya yönəldilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan Hüquqlarının və X1 Haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun (Avropa Məhkəməsinin Burdov Rusiyaya qarşı, Tarverdiyev Azərbaycana qarşı iş üzrə qərarları və sair qərarlar). Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Məhkəmə hesab edir ki, şübhələr əsaslıdır ki, borclunun ölkədən getməsi həmin məhkəmə qərarının icrasına və bununla da tələbkarların hüquqlarının təmin edilməsinə maneələr yaradacaqdır. Həm də borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması müvəqqəti xarakter daşıyır və məhkəmə qətnaməsi icra olunduğu təqdirdə götürüləcəkdir. Bu xüsusda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması onun əməlinə adekvatdır və demokratik cəmiyyətdə zəruridir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməli, borclu – xx.xx.1981-ci il təvəllüdlü, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 16, mənzil 109 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti – Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1417/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə tələb icra olunanadək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 16, mənzil 109 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti – Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1417/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə tələb icra olunanadək məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №8(010)-492/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-492/2024
24.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver