Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-493/2025 04.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin böyük icra məmuru Vəli zadə Nicat Hikmət oğlu Borclu məxsus «Vaz 2016» minik markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3323/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2024-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan "Vaz 2106" minik markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2- ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan "Vaz 2106" minik markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunur. Tələbkar məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, hal-hazırda borclu X3 ilə barışmış və onlar bir ailə kimi bir yerdə yaşayırlar. Ona görə də bununla bağlı yazılı ərizə təqdim edərək hazırkı təqdimatın təmin olunmasına zərurət olmadığını bildirmişdir. Borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmamalıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Məhkəmə qeyd edir ki, İcra Haqqında Qanunun tələbinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri sayılır. Hazırkı halda isə tələbkar borclu ilə barışdığını və birlikdə təsərrüfat apardığını qeyd edərək daşınar əmlak üzərinə həbsin qoyulmasını tələb etməmişdir. Məhkəmə hesab edir ki, tələbkar icra sənədinin məhkəməyə qaytarılması ilə bağlı icra şöbəsinə ərizə verməsə belə, məhkəmə iclasında onun tərəflərin birlikdə yaşaması və birlikdə təsərrüfat aparması ilə bağlı etirafı mövcuddur və məhkəmə təqdimatın təmin edilməməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin Borclu məxsus «Vaz 2016» minik markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatı təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №8(010)-493/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-493/2025
04.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver