Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-497/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə Borclu əmlakı üzərinə həbs qoyulması barədə Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəlizadənin təqdimatına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Suraxanı rayon İcra şöbəsinin icra məmuru Nicat Vəlizadə təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus olan “KİO RİO" minik markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1271/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 1 uşaqın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “KİO RİO” minik markalı,**-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoyulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkar, borclu və icra məmuru xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsaslanaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və onunla əlaqədar icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1271/2021 nömrəli icra sənədinə əsasən, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat alimentin tutularaq Tələbkar xeyrinə ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında qərar”ın surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1271/2021 nömrəli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, Borclu mülkiyətində “Kio Rio" minik markalı, **-HA-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsi mövcuddur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinin tələbinə görə, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri hesab olunur. Həmin Qanunun 45.1-ci maddəsində isə göstərilmişdir ki, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə qeyd edir ki, İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələbindən göründüyü kimi, məcburi icra hərəkətlərindən biri də borcluya məxsus olan əmlak üzərinə həbs qoyulmasından ibarətdir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, Borclu məxsus “Kio Rio" minik markalı, **-HA-*** dövlət qeydiyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1271/2021 nömrəli iş üzrə icra sənədinin icrasının təmini məqsədi ilə Borclu məxsus “Kio Rio" minik markalı, **-HA-*** dövlət qeydiyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Suraxanı rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan, onun sürəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №8(010)-497/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-497/2024
06.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver