Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-502/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Tələbkar iştirakı ilə, X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-464/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(010)-464/2024 saylı qətnaməsi ilə təmin edilmiş 187.000 manat puldan qalan 71.283 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar verilməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X2 ərizəni belə əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(010)-464/2024 saylı qətnaməsi ilə ondan 187000 manat pulun alınıb Tələbkar verilməsi qət edilmişdir. Lakin maddi imkanı olmadığından, xırda ticarətlə məşğul olduğu üçün heç bir yerdən başqa gəliri olmadığından, maddi vəziyyətinin pis olması səbəbindən, ailəsində dolanışıq halını pisləşdirdiyindən artıq məhkəmə qətnaməsini icra edə bilmir. Borcu xeyrli miqdarda olduğundan onu birdəfəlik qaydada icra etmək onun üçün olduqca çətindir. Buna baxmayaraq borclu qalan borcunu, 71283 manat pulu tam şəkildə tələb edir. İki oğlu var, hər ikisi də hərbi xidmətdə olduğundan köməyi yoxdur, qardaşı İ Qarabağ müharibəsi şəhididir. Odur ki, qətnamənin hissə hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş edir. Borclu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, teleqram ünvanlayaraq məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə ərizəyə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Tələbkar məhkəməyə ünvanladığı etiraz ərizəsinin məzmununa uyğun olaraq izahatında göstərdi ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)464/2024 saylı qətnaməsinin icrasından qəsdən bilərəkdən yayınmaq üçün Masallı rayonu Tüklə kəndində qeydiyyatda olan borclu İsmayiİov Rahim Süleyman oglu Masallı Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Aidiyyəti üzrə məhkəmə işi Suraxanı Məhkəməsinə yönləndirilmişdir. Bildirmək istərdi ki, hazırda borcu qaytarmaq üçün kifayət qədər imkanı olduğu halda qəsdən borcu ödəməkdən yayınır. Belə ki, hazırda Sədərək Ticarət Mərkəzi “Şirniyyat” bölməsi 7-ci sırada 100 m2 ölçüdə olan mağazasında qalıq dəyəri 150 000 manatdan çox olan mallar mövcuddur. Özünə məxsus dəyəri 20 000 manat olan Hyndai Sonata avtomobili (üzərinə həbs qoyulmasın deyə hərbidə olan oğlunun adına keçirib) mövcuddur. ünvan 2 ünvanda yerləşən dəyəri 150.000 manat olan 3 otaqlı mənzili, Səbayıl rayonu Badamdar qəsəbəsində qardaşı oğlunun adına rəsmiləşdirdiyi dəyəri 100 000 manat olan 5 sot torpaq sahəsi mövcuddur. Qeyd etdikləri dəlillərlə bağlı şəkillər də var. Həmçinin X1 2019-cu il tarixindən bugünə qədər Dövlət Gömrük Komitəsində öz adına ölkəyə idxal etdiyi və rəsmiləşdirdiyi malların həcmi barədə DGK-nə sorğu göndərilsə, son 5 ildə milyonlarla manat dəyərində ölkəyə mal idxal etdiyinə və yazdıqlarının doğru olduğuna şahid olmaq olar. O, borclunun ərizəsinə etiraz edir və ərizənin təmin olunmamasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə vurğulayır ki, borclu məhkəməyə onun borcunun hissə-hissə ödənilməsinə dair ərizə təqdim etməklə kifayətlənmiş, həmin borc məbləğinin birdəfəlik deyil, məhz onun bildirdiyi kimi icrasına möhlət verilərək, hissə-hissə ödənilməsinə əsas verən hallar barədə heç bir tutarlı dəlil məhkəməyə təqdim etməmişdir. Hazırda borclunun borcunun icrasına möhlət verilərək, hissə-hissə ödənilməsinə əsas verən hallar məhkəmədə müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Odur ki, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-464/2024 saylı xx.xx.2024-cu il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-464/2024 saylı xx.xx.2024cu il tarixli qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №8(010)-502/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-502/2025
08.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver