Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-507/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi X1 iclas kаtibliyi Borclu iştirakı ilə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Əzizxan Eminovun icra sənədi üzrə Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Əzizxan Eminov təqdimatla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-809/2022-017 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu məxsus “BMW 320l” minik markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, ”Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-809/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə daxil olmuş va qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişİə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan BMW 320l minik markalı, 90RO980 dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və "İcra haqqında" Azarbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan BMW 320l minik markalı, 90R0980 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə habs qoyulmasına dair qərardad verilməsi xahiş olunur.” Məhkəmə iclasında Borclu təqdimatı qəbul etməyərək bildirdi ki, mübahisə predmeti olan maşın hazırda onun mülkiyyətində və istifadəsindədir. Lakin icra sənədinin aid olduğu qətnamənin əsassız olaraq qəbul edildiyini bildirdi. Bundan əlavə işləmədiyini və əmək haqqı almadığını qeyd etmişdir. Buna görə də təqdimatın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar və İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Belə olan halda məhkəmə təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı icra işi materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş icra işi materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-809/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən sığorta ödənişinin əvəzi olaraq ödənilmiş 1500 (min beş yüz) manat zərər məbləği və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 35 manat məbləğində pul cavabdeh Borclu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Materiallardan görünür ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə daxil olduqdan sonra iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həm bu qərar, həm də tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir. Bütün tədbirlərə baxmayaraq, icra sənədi üzrə borcun ödənilməsi təmin edilməmişdir. Bundan sonra, İcra Şöbəsi tərəfindən Borclu mülkiyyətində “BMW 320l” minik markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmiş, icra sənədinin icrasının təmin edilməsi məqsədilə həmin avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, borclu artıq uzun müddətdir ki, icraya yönəldilmiş icra sənədinin icrasından yayınır. Məhz bu səbəbdən borcun ödənilməsinin təmin edilməsi məqsədilə borcluya məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəmə müraciət edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 43. Məcburi icra tədbirləri. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. Maddə 44. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları. 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1.bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2.icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. 45.1.Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.6.Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-809/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “BMW 320l” minik markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması üçün əsaslar mövcud olduğundan təqdimat əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-809/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimat təmin edilsin. Borclu məxsus “BMW 320l” minik markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(010)-507/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-507/2025
23.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver