Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-516/2025 14.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 2(010)-2385/2014 nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyasına dair icra sənədi üzrə tələbkar X2 tərəfindən verilmiş ərizəyə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli, 2(010)-2385/2014 nömrəli qətnaməsi əsasında təyin edilmiş aliment məbləğinin minimum əmək haqqının müvafiq misli miqdarında indeksasiya edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Odur ki, müvafiq ərizə geri qaytarılmalıdır. Belə ki, iddiaçı X1 məhkəməyə təqdim etdiyi ərizədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin minimum əmək haqqının müvafiq misli miqdarında indeksasiya edilməsini xahiş etmiş, lakin müvafiq sübutları (qətnamənin surətini, borclu barədə məlumatları) ərizəyə əlavə etməmişdir. Belə olan halda isə işin Suraxanı Rayon Məhkəməsinə aid olub-olmamasını müəyyən etmək olmur. Həmçinin ərizədə işdə iştirak edən borclu barədə məlumatlar qeyd edilmədiyindən onun məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsi də qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası. 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152, 284-3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 tərəfindən verilmiş ərizə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(010)-516/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-516/2025
14.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver