Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-52/2024 23.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, X2 iştirakı ilə, X2 Suraxanı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(010)-4964/2022 saylı qətnaməsi əsasında ondan tutulan alimentin 50 faiz məbləğini xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X9 adına açılmış bank hesabına köçürmək barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, alimentin 50 faiz məbləğinin xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X9 adına açılmış bank hesabına köçürmək barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən X3 ərizəsini müdafiə edərək,izahatında ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ərizəyə icra məmurunun və tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə daxil olmuş Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-c il tarixli məktubundan görünür ki, tələbkar Maraqlı şəxs2 X3na qarşı aliment tələbinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4964/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən X3ndan xx.xx.2022-ci il tarixdən hesablanmaqla, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment ödənilməsinə dair icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və məhkəmənin icra sənədi qanunamüvafiq qaydada icraya yönəlmişdir. Tərəflərindən aparılan icra hərəkətləri zamanı X2 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsində işlədiyi müəyyən edildiyindən borclunun hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq tələbkar Maraqlı şəxs2 adına açılmış kart hesabına köçürülməsi üçün tutqu məktubu 14 dekabr 2022-ci il tarixdə borclunun iş yerinə göndərilmiş və icraata daxil olmuşdur. Məlumat üçün bildirilmişdir ki, X2 hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq tələbkar Maraqlı şəxs2 xeyrinə ödənilir. Hal-hazırda tərəflərindən icra tədbirləri davam etdirilir. Ərizəyə əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)- 4964/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh X5 xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq iddiaçı Maraqlı şəxs2 xeyrinə ödənilməsi və cavabdeh X5 xx.xx.2013-cü il təvəllüdlü X7 müalicəsi ilə bağlı xərclərə görə hər ay 150 (bir yüz əlli) manat məbləğində vəsait tutularaq iddiaçı Maraqlı şəxs2 xeyrinə ödənilməsi qət edilmişdir. Naxçıvan şəhər İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş SOCAR İqtisadiyyat və uçot Departamentinin X6 əmək haqqından tutulan alimenti barədə məlumatlarından görünür ki, X6 dekabr 2022-ci ildən avqust 2023-cü il tarixədək 8267,69 manat məbləğində aliment tutulmaları həyata keçirilmişdir. Naxçıvan şəhər İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş SOCAR İqtisadiyyat və uçot Departamentinin X6 əmək haqqından tutulan alimenti barədə məlumatlarından görünür ki, X1 2023-cü ildən fevral 2024-cü il tarixədək 4360,45 manat məbləğində aliment tutulmaları həyata keçirilmişdir. Məhkəmə müəyyən edir ki, ərizəçi X10 ondan tutulan alimentin 50 faiz məbləğinin 3 övladının adına açılmış bank hesabına köçürülməsini istəyir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(010)-4964/2022 saylı qətnaməsi ilə ondan xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X9 yetkinlik yaşma çatana qədər saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq iddiaçı Maraqlı şəxs2 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra vərəqəsi icra olunması üçün borclunun maaşına yönəlmiş və hər ay qazancından 1200 manata yaxın məbləğ tutularaq iddiaçıya ödənilir. Lakin Maraqlı şəxs2 aylıq olaraq ondan tutulan aliment məbləğinin yarısını belə uşaqlara xərcləmir. Uşaqların geyimləri köhnədir, məktəb ləvazimatları yoxdur. İddiaçı pulu özünün müalicəsinə, geyiminə xərcləyir, özünə yeni telefon alır. Halbuki, həmin məbləğ uşaqların saxlanması üçün borcludan tutulur. Göründüyü kimi, borcludan tutulan aliment məbləği uşaqların saxlanması üçiin nəzərdə tutulmuş yaşayış minimumundan daha artıqdır. Odur ki, aliment məbləğinin 50 faizinin uşaqların qidalanması, məişət qayğılarının çəkilməsi, tərbiyəsi və təhsili üçün tam kifayət edir. Alimentin qalan hissəsinin uşaqların adına açılmış bank hesabına köçürülməsi barədə qərar qəbul edilə bilər. İddianın predmetini təşkil edən müstəqil maddi-hüquqi tələb qismində alimentin tutulması çıxış etdiyindən, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan, aliment məbləğinin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi tələbi, qətnamə ilə tutulan alimentin bir hissəsinin uşağın mənafeləri baxımından bank hesabına köçürülməsi təmin etmək imkanıdır (hüququdur). Bu hüququn məhkəmə vasitəsi ilə reallaşdırılması üsulu isə mahiyyət etibarilə təyin olunmuş alimentin tutulması barədə məhkəmə qərarının icrası qaydalarının təsiri altına düşür. Aliment məbləğinin bir hissəsinin aliment ödəyən şəxsin tələbi üzrə uşağın adma açılmış bank hesabına köçürülməsinə dair Ailə Məcəlləsinin 55.3-cü maddəsindəki şərt yuxarıda ifadə olunmuş mövqe ilə hər hansı ziddiyyət təşkil etmir. Çünki, normada qeyd olunan “tələb” ifadəsi prosessual mənada iddianın irəli sürülməsini deyil, bu məsələyə dair müraciət etmək imkanını nəzərdə tutur. Odur ki, yuxarıda qeyd edilənlər baxımından Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan alimentin 50 faizindən çox olmayan məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi qətnamənin icrası qaydasıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X2 ərizəsi rədd edilməlidir. Belə ki, məhkəmə ərizədəki tələblə bağlı ilk növbədə qeyd edir ki, qanunvericilikdə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Lakin bunun üçün məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. İş materiallarından görünür ki, ərizəçinin 3 uşaq üçün ödədiyi alimentin məbləği 9 ay üzrə ortalama 802 manat təşkil edir. Ərizəçinin tələb etdiyi kimi həmin pulun 50 faizi uşağın adına açılacaq bank hesabına köçürülərsə, bu, 3 uşağın saxlanılması üçün iddiaçıya aylıq 401 manat məbləğində (1 uşaq üçün 134 manat) aliment ödəniləcəyi mənasına gəlir. Bu məbləğ isə, cari ildə uşaqlar üçün yaşayış mimimumu kimi müəyyən edilmiş məbləğdən də (235 manat) aşağıdır. Digər tərəfdən, ərizəçinin təqdim etdiyi arayışlara əsasən 9 ay ərzində 1 uşaq üçün ödədiyi ortalama aliment məbləğində pul yuxarıda da qeyd edildiyi kimi cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğdən o qədər də çox deyil (32 manat artıqdır). Hansı ki, bu məbləğ o dərəcədə də yüksək məbləğ deyil ki, həmin pulun yalnız uşağın saxlanılmasına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) xərclənməsi ağlabatan olmasın, ərizəçidə, eləcə də məhkəmədə əminlik yaratsın ki, uşaqların anası bu məbləğdə alimenti yalnız uşağa xərcləyə bilməz. Yaxud ərizəçi tərəfindən məhkəməyə qarşı tərəfin alimenti uşaq üçün yox, öz şəxsi ehtiyacları üçün xərcləməsinə (xərcləyəcəyinə) dair konkret sübutlar təqdim edilməmişdir. Həmçinin o da nəzərə alınmalıdır ki, alimentin bir hissəsinin uşağın bank hesabına ödənilməsi ilə bağlı işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də məhkəmənin yuxarıda qeyd edilmiş mövqeyinə uyğundur. Belə ki, məhkəmələr uşağın saxlanılması üçün ödənilməli olan alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi nəticəsinə o halda gəlirlər ki, aliment ödəyən şəxsin aylıq qazancı o qədər yüksək olur ki, məhkəmə həmin vəsaitin hamısının yox, yalnız bir qisminin aliment kimi hər ay uşağı saxlayan valideynə, qalan hissəsinin isə uşaq adına açılmış bank hesabına ödənilməsinin uşağın üstün maraqlarına daha uyğun olduğu nəticəsinə gəlir. Hazırkı işdə isə ərizəçinin aylıq qazancının yarısına mütənasib olan aliment məbləği məhkəmədə bənzər mövqe formalaşdıracaq qədər yüksək məbləğ deyil. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Suraxanı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(010)-4964/2022 saylı qətnaməsi əsasında ondan tutulan alimentin 50 faiz məbləğinin xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X9 adına açılmış bank hesabına köçürülməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №8(010)-52/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-52/2024
23.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver