Məhkəmə qərarları › İş №8(010)-522/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-522/2025

18.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-522/2025 18.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-867/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatına iş materialları ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təqdimatın məzmunu Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3 məhkəməyə təqdimat verərək, məhkəmədən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başlanmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2(010)-867/2025-018 nömrəli icra sənədinə əsasən, cavabdeh Borclu 9500 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz olmaqla, cəmi 9866.8 manat məbləğində pul, 118.67 manat məbləğində dövlət rüsumu və 320 manat məbləğində vəkil xərci tutularaq iddiaçı X4 ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixində Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin etməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş icra sənədi üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilən sənədlər və onlar əsasında müəyyən edilən hallar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 2(010)-867/2025 nömrəli icra vərəqəsindən müəyyən olunur ki, cavabdeh Borclu 9500 manat məbləğində borc və 366.8 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz olmaqla, cəmi 9866.8 manat məbləğində pul, 118.67 manat məbləğində dövlət rüsumu və 320 manat məbləğində vəkil xərci tutularaq iddiaçı Tələbkar ödənilməlidir. xx.xx.2025-ci il tarixli qərardan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2(010)-867/2025 nömrəli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu həmin qərarın surətini xx.xx.2025ci il tarixdə almışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 28. Azadlıq hüququ. İ. Hər kəsin azadlıq hüququ vardır. İİ. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi Maddə 9.3.6. Vətəndaşın ölkədən getmək hüququ məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək məhdudlaşdırıla bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir Maddə 43. Məcburi icra tədbirləri. 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Maddə 84-1. Borclunun, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması. 84-1.1. İcra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. 84-1.2. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Məhkəmənin mövqeyi Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, icra sənədinin icrası ilə bağlı məcburi icra tədbirlərinə keçilməsi üçün qanunla müəyyən edilmiş əsasların mövcudluğu yoxlanılmalı və bu kateqoriyadan olan tədbirlərin tətbiq edilməsi üçün həmin əsasların eyni vaxtda mövcud olması tələbi diqqətdə saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində məcburi icra tədbirlərinin tətbiqi əsasları sadalanmış (44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi) və həmin əsaslardan hər hansı birinin mövcud olmadığı təqdirdə məcburi icra tədbirlərinin tətbiqi imkanı istisna edilmişdir. Təqdimat və ona əlavə edilmiş sənədlərin əlaqəli şəkildə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 2(010)-867/2025 nömrəli icra vərəqəsinə əsasən, cavabdeh Borclu 9500 manat məbləğində borc və 366.8 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz olmaqla, cəmi 9866.8 manat məbləğində pul, 118.67 manat məbləğində dövlət rüsumu və 320 manat məbləğində vəkil xərci tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Qeyd edilən hər icra sənədi üzrə icraata başlanmış və müvafiq tələbin könüllü icra müddətində icra edilməsi barədə məlumatı özündə əks etdirən, həmçinin icra icraatı çərçivəsində müvafiq hüquq və vəzifələri əhatə edən bildirişlər borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin, icra sənədi üzrə müəyyən olunmuş könüllü icra müddətində tələb borclu tərəfindən təmin edilməmiş, qanunla həmin tədbirlərin tətbiqinə əsaslar yarandığı üçün icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə başlanmışdır. Məcburi icra tədbiri qismində icra məmuru tərəfindən icra sənədləri üzrə borclu – Borclu ölkədən getmək hüququnun müvəqqəti – müvafiq icra sənədi üzrə tələb təmin olunanadək məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş icra sənədi üzrə borclu məhkəmə iclasına gəlməmiş, təqdimata dair mülahizə və ya etirazını məhkəməyə təqdim etməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan Hüquqlarının və X2 Haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun (Avropa Məhkəməsinin Burdov Rusiyaya qarşı, Tarverdiyev Azərbaycana qarşı iş üzrə qərarları və sair qərarlar). Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Məhkəmə hesab edir ki, şübhələr əsaslıdır ki, borclunun ölkədən getməsi həmin məhkəmə qərarının icrasına və bununla da tələbkarların hüquqlarının təmin edilməsinə maneələr yaradacaqdır. Həm də borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması müvəqqəti xarakter daşıyır və məhkəmə qətnaməsi icra olunduğu təqdirdə götürüləcəkdir. Bu xüsusda borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması onun əməlinə adekvatdır və demokratik cəmiyyətdə zəruridir. Məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2025-ci il tarixli, 196-VİİQD nömrəli Qanunun 1.4-cü maddəsinə əsasən, 231.4-cü maddədə birinci halda “borclunun” sözü “borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin” sözləri ilə əvəz edilmiş və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır.” Odur ki, borclu fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə müvafiq məhkəmə qərarı qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir və icra edilməsi üçün aidiyyəti üzrə müvafiq icra şöbəsinə göndərilir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməli, borclu – xx.xx.2000-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti – Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 867/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə tələb icra olunanadək məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.2000-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti – Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-867/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə tələb icra olunanadək məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar