Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-523/2025 04.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi X3 iclas kаtibliyi X1 iştirakı ilə X2 tərəfindən verilmiş “icra sənədi üzrə icraata xitam verilməsi”nə dair ərizəyə bаxаrаq, M Ü Ə Y Y Ə N E T D İ: X2 “icra sənədi üzrə icraata xitam verilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-1959/2021 saylı icra sənədi üzrə Tələbkar tələbdən imtinasının qəbul edilməsini və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş icra sənədi üzrə Tələbkar məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 1959/2021 saylı qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 4/1 hissəsi miqdarında alimentin və xx.xx.2020-ci il təvəllüdlü X6 3 yaşına çatanadək 50 manat sabit pul məbləğində alimentin cavabdeh X4 tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra Tələbkar notarial qaydada ərizə verərək, borclu X8 tərəfindən onların birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X7 normal maddi dəstək göstərildiyi üçün icra sənədinin icrasına zərurət olmadığını və xx.xx.2021-ci ci il tarixli, 2(010)- 1959/2021 saylı icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bütün bu qeyd edilən halları nəzərə alan məhkəmə hazırkı vəziyyətdə tələbkarın tələbdən imtinasının qəbulunun uşağın üstün mənafelərini pozmadığını, əksinə həm də onun üstün maraqlarına xidmət edəcəyi nəticəsinə gəlir. Belə olan halda məhkəmə hesab edir ki, tələbdən imtina qəbul edilməlidir. “İcrа hаqqındа” Аzərbаycаn Respublikаsının Qаnunu: Maddə 20. İcraata xitam verilməsinin əsasları və qaydası. 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Tələbkar tələbdən imtinası qəbul edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-1959/2021 saylı icra sənədi üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və MPM-in 263-264, 266-269-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-1959/2021 saylı icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(010)-523/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-523/2025
04.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver