Məhkəmə qərarları › İş №8(010)-525/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-525/2025

21.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-525/2025 21.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Tələbkar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(010)-429/2023 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011- ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin məbləğinin ölkə üzə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırılmışdır ki, o, Borclulə 3 1.08.2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan üç övladı - xx.xx.2004-cü il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X8 anadan olmuşdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-429/2023 saylı, xx.xx.2023cii il tarixli qətnaməsi ilə cavabdehlə aralarında 3 1.08.2004-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsində 638 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X4 boşanmadan sonra iddiaçının yanında qalması, cavabdehdən Kseniya və Kirili adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, o cümlədən ünvan 1 ünvanında yerləşən 75 saylı mənzilin və ünvan 2 bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsi üzərində payların 1/2 hissədə onun, 1/2 hissədə isə cavabdehin olmaqla müəyyən edilməsi qət edilmişdir. Qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti üzrə işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən - Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev № 15-də yerləşən 75 №-li mənzildə onun və cavabdehin payının 1/2 hissədə müəyyən edilməsi hissəsində ləğv olunması və bu mənzilə dair tələbin rədd olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyim kassasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, X1 və X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının indeksasiyası həyata keçirilməlidir. 2023-cü ildə ölkə üzrə minimum əmək haqqı 345 manat müəyyən edilmişdir. Göründüyü kimi alimentin məbləği minimum əmək haqqının 0,56 misli həddində indeksasiya olunmalıdır. Ərizəyə baxılması üzrə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Borclu məhkəməyə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə daxil olmuş ərizəsindən görünür ki, o, uzun illərdir ki, “ ASG” Business Aviation” MMC-nin “Construction and İndustry” filialında çalışmışdır. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-429/2023 saylı qətnaməsi ilə ərizəçi lə nikahı pozulmuş və ondan alimentin tutularaq ərizəçiyə ödənilməsi qət edilmişdir. Bundan sonra o, məhkəmə qətnaməsi ilə vaxtlı- vaxtında aliment ödəmiş, sonradan "xxxx" MMCnin “ Construction and İndustry” filialının xx.xx.2024-cü il tarixli 54 saylı əmri ilə işdən ixtisara düşmüş və hal hazırda heç yerdə çalışmır. Ərizəci Tələbkar isə əmək müqaviləsinə əsasən çalışır yüksək əmək haqqı alır. Ailə Məcələsinin 112-1-ci maddəsinin tələbinə əsasən “Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və naddı vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə alaraq aliment ödəməkdən azad edə bilər. O, qanunvericiliyin tələbinə əsasən hazzırda işsiz olduğundan xx.xx.2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işlə təmin olunması və işsizlikdən sığorta ödənişinin alınması üçün müraciət etmiş, lakin bugünə kimi müraciəti müsbət həll olunmamışdır. Yuxarıda qeyd etdiklərinə və qanunvericiliyin tələbinə əsasən o, ərizəçi Tələbkar alimentin indeksasiya olunması barədə ərizəsinə etiraz edir və məhkəmədən ərizənin təmin olunmaması barədə qərardad qəbul etməsini xahiş etmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş ərizəni və iş materialarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(010)-429/2023 saylı (hakim T.Mahmudova) qətnaməsindən görünür ki, iddiaçı iddiaçı X2 cavabdeh Borclu (Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı "nikahın pozulması və s.” tələbinə dair iddiası qismən təmin edilmiş, X7 ilə Borclu arasında 31 avqust 2004-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsində 638 nömrə ilə qeydə alınmış nikahın pozulması, X7 ilə Borclu birgə nikahlarından doğulmuş 07 oktyabr 2008-ci il təvəllüdlü X5 və 13 noyabr 2011-ci il təvəllüdlü X9 boşanmadan sonra anaları Borclu yanında qalması, Borclu 07 oktyabr 2008-ci il təvəllüdlü X5 və 13 noyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi, alimentin tutulması müddəti 14 noyabr 2022-ci il tarixdən müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən 75 saylı mənzil və ünvan 2 bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsi üzərində paylar 1/2 hissədə X2, 1/2 hissədə isə Borclu olmaqla müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında (xx.xx.2024-cü il tarixli qərarla edilmiş dəyişikliklərdən sonra) qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Ali Məhkəmə Plenumunun əlaqəli qərarında, həmçinin qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə 2023-cü ildə qəbul edildiyindən və həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı 345 manat məbləğində təşkil etdiyindən qətnamə üzrə tutulan 193 manat sabit pul məbləğində aliment ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,56 (193/345) misli həddində indeksasiya olunmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qərardadla indeksasiya olunmuş alimentin tutulmasına müvafiq ərizənin məhkəmənin icraatına daxil olduğu xx.xx.2025-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası. 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli e-2(010)- 429/2023 saylı qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində indeksasiya edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq, 07 oktyabr 2008-ci il təvəllüdlü X5 və 13 noyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli olmaqla, cəmi 1,12 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli e-2(010)-429/2023 saylı qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində indeksasiya edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq, 07 oktyabr 2008-ci il təvəllüdlü X5 və 13 noyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli olmaqla, cəmi 1,12 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar