Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-532/2025 22.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Tələbkar "xxxx" ASC tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 3061/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş «icra sənədinin qaytarılmasına dair Suraxanı rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək, icra sənədinin yenidən icraya qaytarılması barədə verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" ASC şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin icra məmuru Rüfət Maqsudovun xx.xx.2023-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3061/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədini icra olunması üçün yenidən Suraxanı Rayon İcra şöbəsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar şikayətini belə əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3061/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu cəmi 1577,98 manat məbləğində pul vəsaiti və 35,78 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3061/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi icra edilməsi üçün Bakı şəhəri Surxanı Rayon İcra şöbəsinə göndərilmişdir. Bir müddət əvvəl qeyd olunan şöbə ilə əlaqə saxlanılaraq icra sənədinin icra vəziyyəti sorğulanan zaman şöbədən bildirilmişdir ki, icra məmuru Rüfət Maqsudovun xx.xx.2023-cü il tarixli qərarı ilə həmin icra sənədi tam icra edilmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmışdır. Məlumat üçün onuda qeyd edirik ki, icra məmuru Rüfət Maqsudovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarı “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2 və 23.7-ci maddələrinin tələblərinə zidd olaraq tələbkar "xxxx" ASC-nə göndərilməmiş, eyni zamanda bu barədə heç bir məlumat verilməmişdir. Edilmiş rəsmi müraciətə əsasən Suraxanı Rayon İcra şöbəsinin icra məmuru Rüfət Maqsudovun xx.xx.2023-cü il tarixli qərarının surəti 30 iyun 2025-ci il tarixdə tələbkar "xxxx" ASC-nə təqdim edilmişdir. İcra məmuru Rüfət Maqsudovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan, o cümlədən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri kobud pozulmaqla qəbul edildiyindən həmin qərar ləğv edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3061/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi icra olunması üçün yenidən Suraxanı Rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, icra vərəqəsinin icra edilmədən məhkəməyə qaytarılması barədə icra məmurunun xx.xx.2023cü il tarixli qərar qəbul etməsinin səbəbi kimi borcluya (və ya borclulara) məxsus tələbin yönəldilə biləcəyi əmlakın, digər gəlirlərin olmaması və borclunun qeyd olunan ünvanda yaşamaması göstərilmişdir. Lakin icra məmuru borclu (və ya borclulara) məxsus tələbin yönəldilə biləcəyi əmlakın və ya onun gəlirlərinin olub-olmamasını müfəssəl yoxlamamış, o cümlədən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı bütün zəruri tədbirləri görməmişdir. Bundan əlavə icra məmuru Elçin Həsənov bu haqda müvafiq akt tərtib etməli və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmaqla bu barədə tələbkara məlumat verilməli olduğu halda, o bunları da, etmədən səthi formada əsassız olaraq qeyd olunan qərarı qəbul etmişdir. Borclunun banklarda və ya kredit təşkilatlarında pul vəsaitinin və başqa sərvətlərinin, qiymətli kağızlarının olub-olmaması müvafiq bank və ya digər təkilatlardan icra məmuru tərəfindən sorğulanmalı olduğu təqdirdə icra məmuru Rüfət Maqsudov bu icra tətbirlərini də, tətbiq etməmişdir. Bundan əlavə borclunun birgə nikah dövründə əldə olunmuş tələbin yönəldilə biləcəyi daşınar və ya daşınmaz əmlakının, qızıl-zinət və ya ev əşyalarının, təsis paylarının, o cümlədən onun üçüncü şəxslərdə əmlakının mövcud olub-olmaması yoxlanılmamışdır. Məhkəmə iclasında tələbkar "xxxx" ASC-nin nümayəndəsi X1 şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, icra sənədi üzrə borclu və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Şikayətə əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 3061/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdeh Borclu qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilmiş, Borclu xx.xx.2022-ci il tarixli sms razılaşması üzrə 1439,19 manat əsas, 100,77 manat faiz və 38,02 manat cərimə borcu olmaqla, cəmi 1577,98 (min beş yüz yetmiş yeddi manat doxsan səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35,78 (otuz beş manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli “icra sənədinin qaytarılması” barədə qərarından görünür ki, icra sənədinin icrasını təmin ötmək məqsədilə, borclu X3 icra sənədində göstərilən ünvanına baxış keçirilmiş, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖENnin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmin qərarla, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(010)- 3061/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin Suraxanı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Həmin qərarda istinad edilmiş “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsində qeyd edilir ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Məhkəmə hesab edir ki, belə bir vəziyyətdə icra sənədinin əsaslı olaraq icra edilmədən geri qaytarıldığı nəticəsinə gəlinə bilməz. Odur ki, şikayət təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 2. Məcburi icra orqanları. 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 12. İcra hərəkətlərinin həyata keçirilməsi müddətləri. 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Maddə 23. İcra sənədinin qaytarılması. 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yalnız 23.1.1-23.1.5-ci maddələrdə göstərilmiş konkret əsaslarla icra sənədi icra olunmadan qaytarılır. Hazırkı iş üzrə icra məmuru tərəfindən qəbul edilmiş qərarda isə bu əsaslara riayət edilmədən, formal olaraq müvafiq maddəyə istinadla qərar qəbul edilmişdir. Bu səbəbdən məhkəmə, icra sənədinin qaytarılmasına dair müvafiq qərarın ləğv edilməsi nəticəsinə gəlir. Qanunvericiliyin sadalanan normalarını rəhbər tutaraq və yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə tələbkarın şikayəti təmin olunmalı və Suraxanı rayon İcra Şöbəsinin icra məmuru R.Əsgərovun xx.xx.2023-cü il tarixli "icra sənədinin qaytarılmasına dair" qərarı ləğv edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3061/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün yenidən Suraxanı rayon İcra Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-269-cumaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3061/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə verilmiş «icra sənədinin qaytarılmasına» dair Suraxanı rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarının ləğv edərək, icra sənədinin yenidən icraya qaytarılması barədə tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Suraxanı rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3061/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi icra edilməsi üçün yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №8(010)-532/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-532/2025
22.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver