Məhkəmə qərarları › İş №8(010)-54/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-54/2023

10.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-54/2023 10.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas kаtibliyi, X1 və Borclu iştirakları ilə, X1 tərəfindən verilmiş barışıq sazişinin təsdiq edilməsinə dair ərizəyə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2617/2021 nömrəli qətnaməsi ilə iddiа təmin edilmiş, iddiaçı Borclu ilə cаvаbdeh X8 arasında Suraxanı rayon Qeydiyyat Şöbəsində 22 iyul 2011-ci il tarixli, 1064 sayla qeydə alınmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X6 anaları - X4 yanında qalmalarının müəyyən edilməsi, iddiaçı Borclu xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2013cü il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 130 manat, cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh X4 xeyrinə ödənilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi, ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun cavabdeh X3 alınaraq iddiaçı Borclu ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra sənədi aliment hissəsində dərhal icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. Hazırda icra sənədi üzrə X1 icra sənədi üzrə Borclu oğlu ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, icra sənədi üzrə borclu ilə aralarında barışıq sazişi bağlanmışdır. Lakin icra məmuru həmin sazişə əsasən icra sənədi üzrə icraata yalnız məhkəmə barışıq sazişini təsdiqlədikdən sonra xitam verə bilər. Ona görə də ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 ərizəni müdafiə edərək bildirdi ki, borclu ilə aralarında barışıq sazişi bağlanmış, həmin sazişə əsasən borclu Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayış evindən çıxaraq ona təhvil verəcəyi və azyaşlı uşaqları X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün həy ay 200 manat məbləğində aliment ödəyəcəyi barədə öhdəlik götürmüş, o da öz növbəsində digər iki uşağa görə aliment tələbindən imtina etmək öhdəliyi götürmüşdür. Borclu hazırkı tarixədək heç bir aliment borcu yoxdur. Lakin artıq razılığa gəlmişlər ki, yaşadığı evi ona təhvil verməsi qarşılığında borclu yalnız uşaqlardan birinə görə ayda 200 manat aliment ödəsin. Onun (tələbkarın) ata-anasının 53-54 yaşları var və uşaqlara baxırlar. Bundan əlavə özü də sosial yardım almaq fikrindədir. Bu səbəbdən icra sənədi üzrə borclunun iki uşağa görə ödədiyi aliment olmadan da uşaqlara baxa bilər. Lakin öz evləri olmadığından hazırda kirayədə qalır. Uşaqları ilə birlikdə kirayədə yaşamaq ona çətin olduğundan borclunun ona təhvil verəcəyi evdə yaşamaq istəyir. Odur ki, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu ərizəni qəbul edərək bildirdi ki, tələbkarla aralarında barışıq sazişi bağlanmışdır və hazırda bu sazişin təsdiq edilməsini istəyir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəfləri dinləyib, ərizəni icra işi materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2617/2021 nömrəli icra sənədi üzrə X1 və Borclu arasında bağlanmış xx.xx.2023-cü il tarixli “barışıq razılaşması haqqında” sazişdən görünür ki, tərəflər aşağıdakı məzmunda barışıq sazişi bağlamışlar: “1. Bu Sazişin predmeti Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2617/2021saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə X1nın aliment tələbinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun sovxozunda 216 m2 torpaq sahəsində yerləşən, 108.16 m2 yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin (bundan sonra fərdi yaşayış evi) tikintisinə xərclənmiş pul vəsaiti ilə qismən əvəzləşdirilməsi və qalan aliment məbləğinin ödənilməsi qaydalarının müəyyən edilməsindən ibarətdir.

2. X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2617/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə aliment tələbindən (hal- hazıradək yaranmış aliment borcu ilə birlikdə) aşağıdakı şərtlərlə imtina edir: 2.1. bu Saziş qüvvəyə mindiyi andan Borclu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun sovxozunda 216 m2 torpaq sahəsində yerləşən, 108.16 m2 yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evindən çıxaraq həmin evi X1na təhvil verir və bir daha həmin evə, evin tikintisi üçün xərclənmiş pul vəsaitinə hər hansı bir tələbinin olmamasını bəyan edir. 2.2. Tərəflər qarşılıqlı razılaşma ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun sovxozunda 216 m2 torpaq sahəsində yerləşən, 108.16 m2 yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinə xərclənmiş pul vəsaitini 60000 (altmış min) manata qiymətləndirir və ev tələbkara təhvil verildiyi andan bu məbləğ 2(010)-2617/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə ödənilməli olan aliment məbləğinin birdəfəlik hesablanmış ümumi ödənişi hesab edilir. 2.3. Fərdi yaşayış evi X1na təhvil verildiyi andan tələbkar 2(010)-2617/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ödənilməli olan ümumi aliment məbləğinin ona tam ödənilməsini və uşaqların yetkinlik yaşına çatanadək saxlanmalarının borclu tərəfindən təmin edilməsini bəyan edir və fərdi yaşayış evi ona təhvil veriləndən sonra həmin uşaqlar üçün hər hansı bir məbləğdə aliment tələb etməyəcəyini öz öhdəsinə götürür. 2.4. Bu Saziş qüvvəyə mindiyi andan başlayaraq, Borclu xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimenti X1na ödəməyi öhdəsinə götürür. 2.5. Fərdi yaşayış evi tələbkara təvil verildiyi andan həmin evə dair kommunal xidmətlərin (qaz, su, elektrik enerjisinə dair müqavilələrin) tələbkarın adına keçirilməsi üçün borclu öz adından tələbkara 1 illik etibarnamə verir və tələbkar həmin etibarmədən başqa niyyətlə istifadə etməyəcəyini öz öhdəsinə götürür. 2.6. Fərdi yaşayış evi tələbkara təhvil verildikdən sonra Borclu həmin evə hər hansı bir hüququnun olmamasını bəyan edir və həmin evin gələcəkdə X1nın xüsusi mülkiyyətinə verilməsinə razılıq verir. 2.7. Bu Saziş imzalandıqdan sonra Borclu fərdi yaşayış evindən çıxaraq evi tələbkara təhvil verir və X1 həmin gün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2617/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbindən imtina etməsi və icraata xitam verilməsi barədə müvafiq icra məmuruna ərizə verir.

3. Tələbkar borcluya qarşı yenidən aliment tələbi irəli sürdüyü təqdirdə, Borclu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun sovxozunda 216 m2 torpaq sahəsində yerləşən, 108.16 m2 yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinə köçürülməsini, həmin evə X1nın xüsusi mülkiyyət hüququ yarandığı təqdirdə isə həmin mülkiyyətdə onun 1/2 payının tanınmasını tələb edə bilər.

4. Barışıq sazişinin bağlanmasının nəticələri tərəflərə məlumdur və tərəflər icra sənədi üzrə icraata xitam verilməsinə razıdır.

5. X21 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2617/2021 saylı. xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verildiyi və Borclu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun sovxozunda 216 m2 torpaq sahəsində yerləşən, 108.16 m2 yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evini tələbkara təhvil verdiyi andan qüvvəyə minir.

6. Tərəflər bu Saziş üzrə öz üzərlərinə götürdüyü öhdəlikləri pozduğu andan Saziş qüvvəsini itirir və bu hal Sazişlə imtina edilən hüquqların bərpa edilməsi üçün əsasdır.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2617/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi müvafiq qərarla və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun sovxozunda 216 m2 torpaq sahəsində yerləşən, 108.16 m2 yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin tələbkara təhvil verilməsi isə tələbkar və borclu arasında bu barədə imzalanmış aktla öz təsdiqini tapır”. Məhkəmə qeyd edir ki, barışıq sazişinin təsdiq edillməsi zamanı məhkəmənin əsas vəsifəsi həmin sazişin təsdiq edilməsindən imtina etmək üçün əsasların olub-olmamasını araşdırmaqdır ki, bu araşdırma barışıq sazişinin mübahisə tərəflərinin arzusuna uyğun olub onların iradələrini ifadə etməsi və həmin sazişin hər hansı şəxsin hüquqlarını pozubpozmaması istiqamətində aparılır. Məhkəmə iclasında iştirak edən saziş tərəfləri sazişin şərtlərinin iradə ifadələrinə uyğun olmasını və sazişin təsdiq edilməsi ilə bağlı ortaq mövqedə olmalarını şifahi şəkildə də təsdiq etdiklərindən məhkəməyə təqdim edilmiş hazırkı barışıq sazişinin təsdiqindən imtinanın yeganə əsası bu sazişlə yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tutulan alimentdən imtina edilən iki uşağın mənafeyi ilə bağlı məsələ ola bilər. Bu səbəbdən sazişin təsdiq edilməsi ilə tələbkarın aliment tələbindən imtina etdiyi iki uşağın maddi təminatının təhlükə altında qalıb-qalmaması məsələsi məhkəmə tərəfindən diqqətlə araşdırılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi həmin uşaqların mənafeyinə zidd hesab edilməməlıdir. Əvvəla, ona görə ki, məhkəmə qətnaməsi ilə üç uşağa görə müəyyən edilən alimentin miqdarı ananın (tələbkarın) özünün razılığı ilə və atanın (borclunun) maddi vəziyyəti nəzərə alınmaqla, hər uşağa görə 130 manat, cəmi 390 manat müəyyən edilmişdir. Barışıq sazişində isə iki uşağa görə aliment tələbindən imtina edilmə nəzərdə tutulsa da, uşaqlardan birinə görə alimentin miqdarı 130 manatdan 200 manata qaldırılmışdır. Sazişin digər şərtlərinə görə isə borclu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən fərdi yaşayış evindən çıxaraq tələbkara təhvil vermək öhdəliyini götürmüşür. Tələbkarın qeyd etdiyi kimi özünə məxsus evinin olmaması və bu səbəbdən də kirayə yaşamağa məcbur olması onun və uşaqlarının yaşayışını obyektiv olaraq çətinləşdirir, onu əlavə maddi yük qarşısında qoyur. Tələbkar isə uşaqlar üçün tutulan alimentdən qismən imtina etməklə həmin maddi yükdən tam azad olur və uşaqlarına daha yaxşı baxmaq imkanı əldə edir. Digər tərəfdən uşaqlar da daimi yaşayır yeri ilə təmin olunur. Bütün bu qeyd edilən halları nəzərə alan məhkəmə hazırkı vəziyyətdə bu sazişin təsdiq edilməsinin uşaqların üstün mənafelərini pozmadığı, əksinə sazişin təsdiq edilməsinin həm də onların üstün maraqlarına xidmət edəcəyi nəticəsinə gəlir. Belə olan halda məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. “İcrа hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnunu: Maddə 20. İcraata xitam verilməsinin əsasları və qaydası. 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə. 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 və Borclu arasında xx.xx.2023-cü tarixli barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsаsən və MPM-in 263-264, 266-269-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏRАRА АLDI:

Ərizər təmin edilsin. X1 və Borclu arasında aşağıdakı şərtlərlə bağlanmış xx.xx.2023-cü tarixli barışıq sazişi təsdiq edilsin: “1. Bu Saziş qüvvəyə mindiyi andan Borclu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun sovxozunda 216 m2 torpaq sahəsində yerləşən, 108.16 m2 yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evindən çıxaraq həmin evi X1na təhvil verir və bir daha həmin evə, evin tikintisi üçün xərclənmiş pul vəsaitinə hər hansı bir tələbinin olmamasını bəyan edir.

2. Tərəflər qarşılıqlı razılaşma ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun sovxozunda 216 m2 torpaq sahəsində yerləşən, 108.16 m2 yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinə xərclənmiş pul vəsaitini 60000 (altmış min) manata qiymətləndirir və ev tələbkara təhvil verildiyi andan bu məbləğ 2(010)-2617/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə ödənilməli olan aliment məbləğinin birdəfəlik hesablanmış ümumi ödənişi hesab edilir.

3. Fərdi yaşayış evi X1na təhvil verildiyi andan tələbkar 2(010)-2617/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ödənilməli olan ümumi aliment məbləğinin ona tam ödənilməsini və uşaqların yetkinlik yaşına çatanadək saxlanmalarının borclu tərəfindən təmin edilməsini bəyan edir və fərdi yaşayış evi ona təhvil veriləndən sonra həmin uşaqlar üçün hər hansı bir məbləğdə aliment tələb etməyəcəyini öz öhdəsinə götürür.

4. Bu Saziş qüvvəyə mindiyi andan başlayaraq, Borclu xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimenti X1na ödəməyi öhdəsinə götürür.

5. Fərdi yaşayış evi tələbkara təvil verildiyi andan həmin evə dair kommunal xidmətlərin (qaz, su, elektrik enerjisinə dair müqavilələrin) tələbkarın adına keçirilməsi üçün borclu öz adından tələbkara 1 illik etibarnamə verir və tələbkar həmin etibarnamədən başqa niyyətlə istifadə etməyəcəyini öz öhdəsinə götürür.

6. Fərdi yaşayış evi tələbkara təhvil verildikdən sonra Borclu həmin evə hər hansı bir hüququnun olmamasını bəyan edir və həmin evin gələcəkdə X1nın xüsusi mülkiyyətinə verilməsinə razılıq verir.

7. Bu Saziş imzalandıqdan sonra Borclu fərdi yaşayış evindən çıxaraq evi tələbkara təhvil verir və X1 həmin gün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2617/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbindən imtina etməsi və icraata xitam verilməsi barədə müvafiq icra məmuruna ərizə verir.

8. Tələbkar borcluya qarşı yenidən aliment tələbi irəli sürdüyü təqdirdə, Borclu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun sovxozunda 216 m2 torpaq sahəsində yerləşən, 108.16 m2 yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinə köçürülməsini, həmin evə X1nın xüsusi mülkiyyət hüququ yarandığı təqdirdə isə həmin mülkiyyətdə onun 1/2 payının tanınmasını tələb edə bilər.

9. Barışıq sazişinin bağlanmasının nəticələri tərəflərə məlumdur və tərəflər icra sənədi üzrə icraata xitam verilməsinə razıdır.

10. X21 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2617/2021 saylı. xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verildiyi və Borclu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun sovxozunda 216 m2 torpaq sahəsində yerləşən, 108.16 m2 yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evini tələbkara təhvil verdiyi andan qüvvəyə minir.

11. Tərəflər bu Saziş üzrə öz üzərlərinə götürdüyü öhdəlikləri pozduğu andan Saziş qüvvəsini itirir və bu hal Sazişlə imtina edilən hüquqların bərpa edilməsi üçün əsasdır.

12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2617/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi müvafiq qərarla və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun sovxozunda 216 m2 torpaq sahəsində yerləşən, 108.16 m2 yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin tələbkara təhvil verilməsi isə tələbkar və borclu arasında bu barədə imzalanmış aktla öz təsdiqini tapır”. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar