Məhkəmə qərarları › İş №8(010)-54/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-54/2024

02.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-54/2024 02.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, X3, Tələbkar, Suraxanı Rayon İcra şöbəsinin icra məmuru Heydər Bəxtiyarovun iştirakları ilə, İcra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin X3 xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 məhkəməyə müraciət edərək, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi öhdəliyinin Suraxanı rayon İcra Şöbəsinin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3274/2019 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X6 hər ay 160 manat alimentin tutulması qərara alınmışdır. Keçən dövr ərzində onun tərəfindən aliment vaxtında ödənilmiş, əlavə olaraq uşağın zəruri xərcləri artıqlaması ilə qarşılanmışdır. Sonra Tələbkar yenidən məhkəməyə müraciət edərək alimentin artırılması barədə məhkəməyə ərizə vermişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-5234/2023 saylı qətnaməsi ilə alimentin məbləği artırılmış, Həsənov Rasimdən onun təqaüdünün ¼ hissəsində alimentin tutulması qərara alınmışdır. Qeyd edir ki, o, 1000 manatdan çox təqaüd alır. İkinci qətnamədən sonra da onun tərəfindən aliment vaxtında ödənilir. Lakin, tələbkar iddia edir ki, əvvəlki məhkəmə qətnaməsi üzrə 5000 manat borc aliment qalmışdır. Rəsmi ödənişlərdən başqa uşağın təhsillə bağlı kurs ödənişləri, geyim və ləvazimati və s.lə bağlı o, xərc çəkmiş və tələbkarla telefon əlaqəsi saxlamış və onlar arasında olan razılığa əsasən uşağa çəkilən həmin xərclər ümumi alimentdən çıxılmalı idi. Həmin razılığa baxmayaq, tələbkar həmin xərcləri nəzərə almaq istəmir. Nəticədə yeni qətnamə əsasında icra məmuru (Suraxanı İcra Şöbəsi) aliment tələbini borclunun təqaüdünə yönəldir, eyni zamanda bildirir ki, qalıq borc da nəzərə alınarsa, o zaman təqaüdə 70% yönəltmə edilməlidir. Bu haqsız bir durum yaradır və nəzərə alınmalıdır ki, onun digər övladı da var. Üstəlik aliment nağd şəkildə ödənildiyindən icra məmurunun bu halda təqaüdə yönəltmə etməsi qanuni sayıla bilməz. Digər tərəfdən həmin 5000 manat deyilən aliment ödənilmişdir. Qəbzlər məhkəməyə proses vaxtı təqdim olunacaqdır. xx.xx.2024-cü il tarixdə ərizəçi X9 və onu nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ərizə göndərilərək, bildirilmişdir ki, onun X11 arasında xx.xx.2018-ci il tarixdə formal borc müqaviləsi bağlanmışdır. Müqavilə üzrə hər ay 250 manat -2024-cü ilin yanvar ayına kimi pul ödənilmişdir. Cəmi 16750 manat. Müqavilə təhdid altında bağlanılmış və məqsəd onların nikahdan kənar övladı xx.xx.2015-ci il təvəllüdlü X1 üçün bağlanmışdır. O, həmin vaxt evli olmuş və daxili işlər orqanlarında xidmət etmişdir. Ailəsi və işi ilə qarşı tərəf onu təhdid etmiş və belə bir borc müqaviləsi bağlanmışdır. Müqavilə bağlanarkən o özünə aid olan 45000 manat pulu notariusun depozit hesabına qoymuş sonra götürmüşdür. Həmin müqavilə ilə bağlı tərəflərindən hazırda Yasamal Rayon Məhkəməsində müqavilənin etibarsızlığı üzrə iddia qaldırılmışdır. İş hakim Gülnar Babazadənin icraatındadır. Müqavilə bağlanmasına baxmayaraq Tələbkar iki dəfə - 2019-cu ildə və 2023-cü ildə alimentlə bağlı məhkəmələrə müraciət etmiş və müvafiq qətnamə qəbul edilmişdir. Sonradan o işdən pensiyaya çıxmış, həyat yoldaşı isə avtoqəza nəticəsində dünyasını dəyişmişdir. Həmin vaxta qədər o borc müqaviləsi üzrə 250 manat, qətnamə üzrə alimenti əlavə pul ödəməklə icra etmişdir. Qəbzlər məhkəməyə təqdim edilmişdir. Bundan başqa uşağın əlavə xərclərində o, işirak etmiş və həmin xərclərin alimentdən çıxılması barədə qarşı tərəflə razılığa gəlmişlər. Lakin, hazırda Tələbkar həmin razılaşmadan imtina edir. İş üzrə onun tərəfindən qəbzlər təqdim edilmiş və həmin qəbzlər araşdırılmışdır. Məlum olmuşdur ki, birinci qəbzlərdə ümumilikdə 19456 manat pul ödənilmişdir. İkinci qəbzlərdə (uşağa çəkilmiş əlavə xərclər və Tələbkar özünün xahişi ilə ödənilmiş digər məişət xərcləri) 2914.89 manat pul ödənilmişdir. Həmin qəbzlər üzrə cəmi ödəniş 22370.89 manatdır. Tələbkar öz kartı ilə bağlı bankdan hesabdan çıxarış əldə etmiş və icra şöbəsinə təqdim etmişdir. Həmin çıxarışa əsasən onun 5000 manat borcu vardır. Lakin, o da öz kart hesabından çıxarış almış və həmin çıxarışda olan bəzi məbləğlərin nəzərə alınmadığı aydın olmuşdur. Ona məxsus hesabdan çıxarışa əsasən ümumlikdə 1141.80 manat ödəniş edilmişdir. Beləki, 22370.89 + 1141.80 = 23512.69 manat onun tərəfindən ödənilmişdir. Həmin məbləğdən formal borc müqaviləsi üzrə ödənilmiş 16750 manatı çıxılsa, nəticədə 6762.69 manat alınır. Beləliklə, 1762.69 manat pulun 5000 manata nəzərən artıq ödənildiyi ortaya çıxır. Qeyd edir ki, bəzi qəbzlər Milliön və digər ödəniş sistemləri vasitəsilə ödənilmiş, bu səbəbdən həmin qəbzlərdən bir qisminin rəngi solmuşdur. Buna baxmayaraq onun ödəniş edərkən həmin qəbzlərin üzərinə qələmlə ödəniş tarixi və məbləğini qeyd etmişdir. Portala yerləşdirilməklə yanaşı bu səbəbdən qəbzlərin əsilləri məhkəməyə təqdim olunacaqdır. Göstərilənləri nəzərə alaraq ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X9 bildirmişdir ki, onun 5000 manat borcu mövcud deyil, çünki təqdim edilmiş qəbzlərdən görünür ki, o, müəllimlərə pul ödəmiş, uşağın məktəb və digər xərclərini çəkmişdir. Qeyd edir ki, borc üzrə hər ay 350 manat ödəmiş, 250 manat müqavilə üzrə, 100 manat isə əlavə olaraq ödəmişdir. 2018-ci ildə o, məcburiyyət qarşısında tələbkarla borc müqaviləsini bağlamışdır. 2019-cu ildə isə, tələbkar aliment ilə bağlı məhkəməyə müraciət etmiş və 160 manat aliment təyin edilmişdir. Uşaq üçün əlavə vəsaitlər də ödədiyini bildirmişdir. Bu kartdan kənar olan ödənşləri tələbkarın razılığı ilə etmişdir. Məhkəmə iclasında Tələbkar bildirmişdir ki, bütün məbləğlər icra şöbəsində hesablanıb, bank kartında olmayan ödənişləri o, qəbul etməyib və X6 başqa şəxslərə (müəllimlərə) və məqsədlərə ödənişləri etmək xahiş etməyibdir. Məhkəmə iclasında İcra şöbəsinin icra məmuru Heydər Bəxtiyarov icra işinin 2024-cü ilin fevral ayında onun icraatınaa keçdiyini, əvvəl icra məmuru Elşən Mirzəyevin icraatında olduğunu, bu ilin yanvar ayında alimentin ¼ hissədə tutulması ilə bağlı icra sənədi daxil olduğunu bildirmişdir. 2023-cü ilin noyabr ayında isə borcla bağlı inzibatı xəta haqqında protokol tərtib olunduğunu, məhkəmə iclası zamanı 500 manat ödədiyinə görə xitam verildiyini, borclunun yanvar-fevral ayları üzrə 285 manat ödəniş etdiyini bildirmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 2(004)-5234/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 3274/2019 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 üçün cavabdeh X6 iddiaçı Tələbkar xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmiş, cavabdeh X6 xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanlması üçün hər ay əmək haqının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödəniləsi, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pul cavabdeh X6 iddiaçı Tələbkar xeyrinə tutulması qət edilmişdir. İş materiallarına X9 tərəfindən çoxsaylı qəbzlər əlavə edilmişdir. Qəbzlərin bir hissəsindən görünür ki, “e-manat” ödəniş sistemi vasitəsilə tələbkara məxsus karta pul yüklənilib. Qəbzlərin bir hissəsi oxunmur. Qəbzlərin bir hissəsindən görünür ki, marketlərdə ödəniş edilib. Qəbzlərin bir hissəsindən görünür ki, naməlum şəxslərin kartlarına pul yüklənilib. Həmçinin, xəstəxanada ödənişlərini əks etdirən qəbzlər də mövcuddur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, “Borc verən” Tələbkar “Borcalana” X8 45000 manat məbləğində pul borc verir. Müqavilənin 2-ci bəndinə əsasən “Borc alan” krediti xx/xx/2033 (180 ay) tarixinədək hər ay 250 manat olmaqla “Borc verənə” qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarilxi, Tələbkar 416973******4034 ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək kart üzrə müxtəlif əməliyyatlar aparılmışdır. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarilxi, Tələbkar 416973******4034 ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2019-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək kart üzrə müxtəlif əməliyyatlar aparılmışdır. xx.xx.2024-cü il tarixli İcra Qeydindən görünür ki, X6 müddət üçün vaxtında ödənilməmiş 28500 manat tutulmalıdır. Həmin icra qeydi xx.xx.2024-cü il tarixdə aparılmışdır. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 3(010)-5667/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, Məhkəmə iclasında borclu 500 manat ödədiyindən və mütamadi olaraq ödəniş edəcəyini bildirdiyindən, X7 əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibatı xəta haqqında işin icraatına xitam verilməsı qərara alınmışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən, icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. X4 icra sənədi üzrə icraata xitam verilməsi barədə tələblərini araşdıraraq, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borclu məhkəmə iclasında ödədiyi qəbzlərdə müəllimlərə ödənilən pulun, uşağın xərclərinin, məktəb xərclərinin də olduğunu bildirmişdir. Tələbkar isə bank kartında olmayan ödənişləri qəbul etmədiyini bildirmişdir. X4 Tələbkar ilə aralarında razılıq əsasında həmin ödənişlərin həyətə keçirilməsi məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, tələbkar razılıq olduğunu inkar etmiş, borclu isə bu razılığı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bununla da, görünür ki, borclu və tələbkar arasında məsələ ilə bağlı barışıq əldə olunmamışdır. Həmçinin, iş materiallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, və X5 həmin müqavilə üzrə Tələbkar ödənişlər etmişdir. Eyni zamanda, icra məmuru tərəfindən müvafiq hesablaşmalar aparılmış və bunun nəticəsində bəlli olmuşdur ki, tələbkarın hesabına yüklənilən pul məbləğləri borclunun 5000 manat həcmində borcunu əhatə etmir. Bank hesabından kənar ödənilmiş pul məbləğləri tələbkar tərəfindən qəbul edilməmişdir, həmçinin, borclu onların mənşəyini sübut edə bilməmişdir. Həmçinin, iş materiallarında olan inzibati xəta haqqında qərardan da görünür ki, borclu məhkəmə iclasında hazırki iş üzrə mübahisəli aliment hissəsinə aid borcdan 500 manat ödəniş etdiyindən və mütəmadi olaraq ödəniş edəyəcəyini bildirdiyindən, onun əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Nəticə etibarı ilə, borclu öz etirazlarının əsaslarını sübut edə bilməmişdir. Qeyd olunan icra sənədi üzrə icraata xitam verilməsinə dair ərizənin dəlillərinə gəldikdə, məhkəmə borclunun bu tələbini əsassız hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, icra məmurunun hərəkətləri qanunsuz hesab edilə bilməz və icra sənədi üzrə icraata xitam verilməsi öhdəliyinin Suraxanı rayon İcra Şöbəsinin üzərinə qoyula bilməz. Beləliklə, məhkəmə hesab edir ki, X7 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi öhdəliyinin Suraxanı rayon İcra Şöbəsinin üzərinə qoyulması barədə ərizəsi əsassız olduğundan, təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi öhdəliyinin Suraxanı rayon İcra Şöbəsinin üzərinə qoyulması barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar