Məhkəmə qərarları › İş №8(010)-542/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-542/2025

31.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-542/2025 31.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Tələbkar iştirakı ilə Tələbkar alimentin indeksasiya olunmasına dair ərizəsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-672/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin indeksasiya edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Tələbkar ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə təqdim edilmiş ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-672/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Borclu ilə cavabdeh X4 arasında bağlanmış 22 oktyabr 2014-cü il tarixli nikahın pozulması, boşanmadan sonra xx.xx.2015-ci il təvəllüdlü X3 cavabdeh X1 yanında saxlanılması və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Borclu 09 aprel 2018-ci il tarixdən başlayaraq hər ay qazancının ¼ hissəsi miqdarında aliment alınaraq cavabdeh X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan Ali Məhkəməsi Plenumunun qərarında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiyanın maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməli olduğu öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, hazırki işdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-672/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən göründüyü kimi xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Borclu hər ay qazancının ¼ hissəsi miqdarında alimentin alınaraq cavabdeh X2 verilməsi nəzərdə tutulmuşdur. Yəni, qət edilmiş aliment məbləği sabit pul məbləğində deyil, aylıq qazancının ¼ hissəsində miqdarında tutulduğundan qeyd olunan məhkəmə qətnaməsi ilə tutulan aliment məbəğinin AR Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına uyğun olaraq indeksasiya edilməsi mümkün deyildir. Bununla belə, məhkəmə ərizəçiyə izah edir ki, o, aliment məbləğinin artırılması (və ya alimentin tutulması qaydasının dəyişdirilməsi) barədə iddia icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər. AR MPM-nin 262.1-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə görə, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in sadalanan maddəsini rəhbər tutaraq Qərara aldı: Tələbkar alimentin indeksasiya olunmasına dair ərizəsi üzrə işin icraatına xitam verilsin. Tələbkar izah edilsin ki, o, aliment məbləğinin artırılması (və ya alimentin tutulması qaydasının dəyişdirilməsi) barədə iddia icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar