Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-545/2025 29.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Tələbkar və borclu X7 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 4488/2018 nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyasına dair icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4488/2018 nömrəli (hakim E.Ağayev) qətnaməsi ilə iddiaçı Borclu cavabdeh X3 qarşı «nikahın pozulması və uşaqların atanın yanında qalması» tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Borclu ilə cavabdeh X4 arasında 20 oktyabr 2012-ci il tarixdə Şuşa rayon Qeydiyyat şöbəsində bağlanmış 152 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahı pozulmuş, tərəflərin ümumi uşaqları - xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X1 cavabdeh X2 yanında saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 20 iyul 2018-ci il tarixdən başlayaraq iddiaçı Borclu hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat aliment sabit pul məbləğində tutularaq cavabdeh X3 ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Hazırda müvafiq qətnamə əsasında verilmiş icra sənədi üzrə Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4488/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər uşağa görə 154 manat toplamda 308 manat alimentin məbləğinin artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin indeksasiya edilərək miqdarının dəyişdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Tələbkar ərizəsini müdafiə edərək, izahatında göstərdi ki, onunla Borclu arasında nikah bağlanmışdır. Birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(010)- 4488/18 saylı qətnaməsi ilə cavabdeh Borclu onun xeyrinə tutulan aliment artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu onun xeyrinə hər ay hər uşağa görə 154 manat olmaqla 308 manat sabit pul məbləğində aliment cavabdeh Borclu onun xeyrinə tutulması barədə qətnamə qət edilmişdir. Qətnamə ilə məhkəmə alimentin miqdarı müəyyənləşərkən “Azərbaycan Respublikasında 2013-cü il və 2021-ci üzrə yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2013-cü il üçün və 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün müvafiq olaraq 93 manat, 175 manat məbləğində müəyyən edilməsinə istinad etmiş və o əsasla aliment məbləği təyin etmişdir. Hamıya məlum olan haldır ki, 2021-ci və 2024-cü illər üzrə yaşayış minimumu ilə hazırki yaşayış minimumu arasında kifayət qədər ciddi fərqlər mövcuddur. Belə ki, əvvəlki bazar qiymətləri, dolanışıq xərcləri hazırki vəziyyətdən qat-qat aşağı olmuşdur. Özü çox ağır vəziyyətdə yaşayır, çox ağır maddi sıxıntılarla üzləşir. Ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Borclu ərizəni qəbul etməyərək, izahatında göstərdi ki, o, tələbkarın tələbi ilə razı deyil. Belə ki, aylıq maaşı az miqdardadır. Bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək, tələbkarın və borclunun izahatını dinləyib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(010)-4488/2018 nömrəli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 154 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında (xx.xx.2024-cü il tarixli qərarla edilmiş dəyişikliklərdən sonra) qeyd edildiyi kimi, istinad edilən maddənin tələbindən görünür ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əməkhaqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Ali Məhkəmə Plenumunun əlaqəli qərarında, həmçinin qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə 2018-ci ildə qəbul edildiyindən və həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı 173 manat məbləğində təşkil etdiyindən qətnamə üzrə tutulan 154 manat sabit pul məbləğində aliment ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,89 (154/173) misli həddində indeksasiya olunmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan bu qərardadla indeksasiya olunmuş alimentin tutulmasının əvvəli müvafiq ərizənin məhkəmənin icraatına daxil olduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 232. Ödənilməli pul məbləğlərinin indeksasiyası. 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 4488/2018 nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində indeksasiya edilməli, xx.xx.2025-ci il tarixindən hesablanmaqla, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli olmaqla, cəmi 1,78 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 4488/2018 nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində indeksasiya edilsin. xx.xx.2025-ci il tarixindən hesablanmaqla, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli olmaqla, cəmi 1,78 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №8(010)-545/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-545/2025
29.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver