Məhkəmə qərarları › İş №8(010)-546/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-546/2024

20.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-546/2024 20.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-172/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə dair Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rüfət Maqsudovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rüfət Maqsudov məhkəməyə təqdimatla müraciət edərək, Borclu Suraxanı rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-172/2023 nömrəli, xx.xx.2023- cü il tarixli icra sənədinə əsasən Borclu 14200 manat borc və 132.6 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Təqdimata baxılması barədə tələbkar, borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini bildirməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-172/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Borclu 14200 manat borc və 132.6 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. - Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-172/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə Borclu bildiriş göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağrışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. İş materiallarından göründüyü kimi, icra sənədi artıq uzun müddətdir ki icra şöbəsinin icraatında olmasına baxmayaraq, borc məbləğinin tələbkara ödənilməsi təmin edilməmişdir. İcra sənədinin icrası ilə əlaqədar icraa icraatı çərçivəsində müxtəlif məcburi icra tədbirləri həyata keçirilmişdir. Lakin bütün bu tədbirlərə baxmayaraq borcun tam ödənilməsi təmin edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı təqdimat «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinin tələbi baxımından əsaslıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd edilən maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-172/2023 saylı mülki işə dair təqdim edilmiş icra sənədi üzrə Borclu Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar