Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-550/2025 31.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Tələbkar nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Tələbkar alimentin indeksasiya olunmasına dair ərizəsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4200/2018 saylı qətnaməsi ilə Borclu xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində tutulan alimentin hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunmasını xahiş etmişdir. Borclu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən ərizəyə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Tələbkar nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə təqdim edilmiş ərizəni və iş materialarını nəzərdən keçirib hesab edir ki, məhkəmə qətnaməsi ilə tutulan aliment indeksasiya edilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)- 10566/2018 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4200/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Borclu xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 may 2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatanadək hər ay 60 manat məbləğində alimentin Tələbkar xeyrinə tutulması və cavabdehdən 30 manat dövlət rüsumunun dövlət büdcəsinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4200/2018 saylı qətnaməsi qismən, xx.xx.2016-cı il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 60 manat məbləğində alimentin cavabdehdən Tələbkar xeyrinə tutulması tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2018-ci ilin yanvar ayının 1-dən etibarən ölkə üzrə minimum əmək haqqının məbləği 130 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ali Məhkəmə Plenumunun yuxarıda qeyd etdiyi düstura əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4200/2018 saylı, xx.xx.2018-ci il qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu tutulan hər ay 154 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 (154:130=1.18) misli həddində müəyyən olunmalıdır. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in sadalanan maddəsini rəhbər tutaraq Qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4200/2018 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, qərardad qanuni qüvvəyə mindiyi vaxtdan xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində aliment tutulsun. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №8(010)-550/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-550/2025
31.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver