Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(010)-564/2025 11.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Borclu iştirakı ilə Tələbkar alimentin indeksasiya olunmasına dair ərizəsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsini, xx.xx.2025ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan 03 may 2013-cü il təvəllüdlü X2 üçün borclu (cavabdeh) X5 onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəyə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Borclu ərizə ilə razı olmadığını bildirdi. Məhkəmə təqdim edilmiş ərizəni və iş materialarını nəzərdən keçirib hesab edir ki, məhkəmə qətnaməsi ilə tutulan aliment indeksasiya edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-708/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Borclu ilə cavabdeh Tələbkar arasında Naxçıvan şəhər VVADQ Şöbəsində xx.xx.2002-ci il tarixli, 113 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2003-cü il təvəllüdlü X6, xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 anaları - Tələbkar yanında qalmaları, xx.xx.2003-cü il təvəllüdlü X6, xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay, hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 700 (yeddi yüz) manat sabit pul məbləğində alimentin 09 mart 2021 -ci il tarixdən hesablanmaqla Borclu tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə qeyd edir ki, 2021-ci ildə ölkə üzrə minimum əmək haqqının məbləği 250 manat olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ali Məhkəmə Plenumunun yuxarıda qeyd etdiyi düstura əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-708/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu tutulan hər ay 175 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.70 (175:250=0.70) misli həddində müəyyən olunmalıdır. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in sadalanan maddəsini rəhbər tutaraq Qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-708/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, qərardad qanuni qüvvəyə mindiyi vaxtdan xx.xx.2013-cü il təvəllüdlü X3 üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.70 misli həddində aliment tutulsun. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №8(010)-564/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №8(010)-564/2025
11.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver